Icma.az
close
up
RU
Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir POLİTOLOQ FİKRİ

Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir POLİTOLOQ FİKRİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Türkiyə bu gün dünya miqyasında iqtisadi və siyasi proseslərə təsir göstərə biləcək önəmli bir dövlətdir. Bu baxımdan, Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq forum qlobal səviyyədə baş verən proseslərə qiymət vermək, təhlil aparmaq və çıxış yolları göstərmək məqsədi daşıyırdı. Forumda dünyanın müxtəlif ölkələrindən siyasi, dövlət və ictimai xadimlər iştirak etsələr də, bəzi Qərb ölkələrinin, xüsusilə Avropa İttifaqı nümayəndələrinin bu tədbirdə iştirak etməməsi Türkiyənin yüksələn nüfuzuna qarşı müəyyən qısqanclıq əlaməti kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir: "Türkiyə ilə Azərbaycanın sıx birliyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində getdikcə daha da güclənən əməkdaşlıq və inteqrasiya “Turan İttifaqı” ideyasının reallaşmasına real zəmin yaradır. “Bir millət, iki dövlət” fəlsəfəsi ilə Türkiyə və Azərbaycan öz mövqelərini beynəlxalq platformalarda birgə şəkildə ifadə edir və bir-birini dəstəkləyir.

Türkiyənin Suriyada sülh və sabitliyin təmin olunmasında oynadığı rol əvəzsizdir. Bu konteksdə Suriya Prezidenti ilə Azərbaycan Prezidentinin görüşü də qeyd olunmalıdır. Azərbaycanın Suriyanın yenidən qurulması prosesində iştirakı, ölkəmizin beynəlxalq proseslərdə fəallığını və mövqeyini bir daha göstərir. Prezident İlham Əliyevin Antalya forumunda iştirakı və orada səsləndirdiyi fikirlər Azərbaycanın qlobal siyasi gündəmdə aktiv oyunçuya çevrildiyini sübut edir.

Türkiyə həmçinin Avropanın enerji təhlükəsizliyində də əsas açar ölkəyə çevrilib. TANAP və Orta Dəhliz kimi nəhəng layihələr Türkiyə üzərindən keçərək regionun və Avropanın enerji və logistika xəritəsində mühüm rol oynayır. Bu layihələrdə Azərbaycanın iştirakı da ölkəmizin strateji əhəmiyyətini daha da artırır".

Politoloq bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Yurdda sülh, cahanda sülh” fəlsəfəsi, həmçinin “Dünya beşdən böyükdür” çağırışı, beynəlxalq sistemdə ədalətsizliklərə qarşı çıxışın simvoluna çevrilib: "Bu fikirlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dünyadakı problemləri ədalətli şəkildə həll edə bilməməsi fonunda aktuallığını qoruyur.

Dünya çoxqütblü sistemə doğru irəliləyir. Ukrayna-Rusiya münaqişəsi də göstərdi ki, mövcud beynəlxalq sistem artıq ədaləti təmin edə bilmir və güc əsas meyara çevrilib. Belə bir şəraitdə Türkiyə və Azərbaycan birliyi, regional və qlobal səviyyədə balanslaşdırıcı güc olaraq çıxış edə bilər. Nəticə etibarilə, Türkiyə-Azərbaycan birliyi yalnız regional maraqlarla deyil, həm də beynəlxalq siyasətə təsir etmək məqsədi daşıyır. Bu birlik “bir millət, bir ittifaq” anlayışı əsasında formalaşaraq gələcəkdə “Turan İttifaqı” modelinin lokomotivi ola bilər. Bu proses qarşısıalınmazdır və yaxın gələcəkdə Türk Dünyasının birliyi dünya siyasətində yeni güc mərkəzi kimi öz sözünü deyəcəkdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri