Icma.az
close
up
RU
Türkiyə Respublikasi Sinop Universitetinin rektoru LDU da olub

Türkiyə Respublikasi Sinop Universitetinin rektoru LDU da olub

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Respublikası Sinop Universitetinin rektoru prof. dr. Şakir Taşdemirin rəhbərlik etdiyi nümayəndə heyəti 06.02.2025-ci il tarixdə Lənkəran Dövlət Universitetində olub. Hörmətli qonaqları LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Dostluq və işgüzarlıq şəraitində keçən söhbət zamanı rektor Natiq İbrahimov türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti, bu ali təhsil ocağında son illərdə aparılan yenilənmələr, görülən işlər, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. Tərəflər müasir dünyada ali təhsilin məqsəd və vəzifələri, problemləri, perspektivləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi ediblər.

Universitetdən XQ-ə verilən məlumata görə, Görüşdə Lənkəran Dövlət Universiteti ilə Sinop Universiteti arasında ikili əməkdaşlıq  müqaviləsi imzalanıb. Müqavilələrdə ikili əməkdaşlıqların gücləndirilməsi, birgə elmi konfransların təşkili, tələbə-müəllim mübadiləsi, ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi, tələbə-müəllim heyətinin hərəkətliliyinin artırılması və s. məsələlər əksini tapıb.

Səmimilik şəraitində keçən görüşdə tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti ilə əyani tanışlıq imkanı yaradılıb. Sinop Universitetinin rektoru, prof. dr. Şakir Taşdemir və onu LDU-ya səfərində müşayət edən nümayəndə heyəti Lənkəran Dövlət Universitetinin tədris korpuslarını gəzib, imtahanların gedişi ilə əyani tanış olub. LDU ilə tanışlıq türkiyəli qonaqlarda xoş təəssürat yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri