Türkiyə səfiri: Azərbaycanla siyasi münasibətlər qaydasındadır, amma mədəni əlaqələr də diqqət tələb edir
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Mədəniyyətin yaratdığı təsirlər çox önəmlidir.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə–Azərbaycan Türk Film Günlərinin açılış mərasimində bildirib.
“Acı günlərimizdə, sevincli günlərimizdə də birlikdə olmağımız, bir-birimizi daha yaxından tanımağımız zəruridir. Bizi ən yaxşı tanıdan vasitələrdən biri isə şübhəsiz ki, filmlərdir. Kino möhtəşəm bir ifadə gücünə malikdir. Bəzən bir hekayəni illərlə öyrənmirik, amma bir film onu bizə qısa müddətdə və təsirli şəkildə çatdırır. Acılarımızı da, sevinclərimizi də film vasitəsilə ifadə etmək mümkündür. Siyasət və diplomatiya öz axarında gedir, amma mədəniyyət bir az daha çox diqqət və dəstək tələb edir. Musiqiçilərimizə, mədəniyyət xadimlərimizə daha çox sahib çıxmalı, onları dəstəkləməli və paylaşmalıyıq”, – səfir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Sentyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















