Hakan Fidan: Türkiyə Azərbaycanla koordinasiya və həmrəylik içində əlaqələr qurur
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Azərbaycanla koordinasiya və həmrəylik içində əlaqələr qurur.
"Report" Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı əlaqələr ikitərəfli və çoxtərəfli platformalarda davam edir:
"Azərbaycan-Ermənistan sülh prosesində 8 avqustda Vaşinqtonda ortaya qoyulan iradə və Ermənistanla apardığımız normallaşma prosesindəki irəliləyiş, bölgədə uzun müddətdir gözlənilən daimi sülhə yönəlik ümidləri gücləndirib. Qarabağın yenidən qurulması və canlandırılması da daxil olmaqla, Cənubi Qafqazda sülh və sabitliyin təsis edilməsinə yönəlik səylərdə müttəfiqimiz Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət etməyə davam edirik".
Nazir Türkiyə və Ermənistan arasındakı əlaqələrə də toxunub:
"Ölkəmizlə əlaqələrini normallaşdırma mövzusunda açıq və istəkli bir mövqe göstərən Ermənistanla müxtəlif səviyyələrdə dialoqumuzu davam etdirir, atıla biləcək konkret addımlar üzərində ortaq işlərimizi səmimiyyətlə irəlilədirik. Türkiyə Cənubi Qafqazda sülhün təsis edilməsi və bölgədə ortaq bir rifah sahəsi yaradılması üçün səy göstərməyə davam edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 18 Noyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















