Türkiyə səfiri: Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 15 iyul, AZƏRTAC
Bu gün tarixi gündür. 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu zəfər hamımızındır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyində “15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində səfir Birol Akgün söyləyib.
Səfir 15 iyul çevrilişinə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladaraq deyib: “Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyevin sözləri ilə can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq. Bu böyük mübarizəni gələcək nəsillərə ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları canları bahasına Türk millətinin birlik və bərabərliyindən imtina etməyəcəklərini qəti şəkildə bir daha ortaya qoydular. Tarixən azad yaşayan millətin nümayəndələri kimi sahib olduğumuz dəyərlərə bağlılığımızı bütün dünyaya göstərdik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















