Türkiyə Superliqasında mübarizə aparan dörd əsas komanda maliyyə hesabatlarını açıqlayıb
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor" 2024/25 mövsümü üçün maliyyə hesabatlarını İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) vasitəsilə ictimaiyyətə təqdim ediblər.
Oxu.Az xəbər verir ki, açıqlanan rəqəmlər Türkiyə futbol nəhənglərinin ciddi maliyyə itkiləri ilə üzləşdiklərini göstərib.
Son 12 ayda ən çox zərər edən klub "Trabzonspor" olub. Sərmayə artımı sayəsində borcunu 3 milyard türk lirəsinə (125 milyon manat) endirən klub, buna baxmayaraq, 1 milyard 546 milyon lirə (64.6 milyon manat) zərər açıqlayıb.
Maliyyə hesabatlarını ilk açıqlayan "Fənərbağça"nın 31 may 2025-ci ilə qədər olan 12 aylıq dövr üçün zərəri 764 milyon 627 min lirə (32 milyon manat) olub. "Sarı-lacivərdlər" ötən ilin eyni dövründə 2 milyard 149 milyon lirə mənfəət əldə etmişdi.
Son üç mövsümdə Superliqanın qalibi olan "Qalatasaray" isə eyni maliyyə dövründə 886 milyon 699 min lirə (37 milyon manat) zərər açıqlayıb. İdman uğurlarına baxmayaraq, klubun maliyyə göstəriciləri mənfi istiqamətə düşüb.
Avropa yarışlarında da mübarizə aparan "Beşiktaş"ın hesabatına əsasən, klub 31 may 2025-ci ilə qədər olan dövrdə 1 milyard 274 milyon lirə (53.2 milyon manat) zərər edib. Bu göstərici ilə "ağ-qaralar" "Trabzonspor"dan sonra ən çox itki verən ikinci klub olublar.
Ümumilikdə, dörd böyük klubun son 12 aylıq maliyyə itkisi 4.4 milyard türk lirəsini (184 milyon manat) keçib.
Baxış sayı:45
Bu xəbər 12 Avqust 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















