Türkiyə TDT sammitində Novruz bayramı ilə bağlı təklif irəli SÜRƏCƏK
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Macarıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitində Novruz bayramını bütün türk xalqlarının ümumi milli bayramı elan etməyi təklif etmək niyyətindədir.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə deyib.
Ərdoğan Novruzun türk xalqlarının tarixində və mədəniyyətində mühüm yer tutduğunu qeyd edərək TDT ölkələrinin bu təşəbbüsü dəstəkləyəcəyinə ümidvar olduğunu ifadə edib.
“Artıq bizim də Novruzu bütün qardaşlarımızla birlikdə qeyd etməyimizin vaxtı çatıb, çünki bir çox ölkələrdə bu gün rəsmi istirahət günüdür. Mayda Macarıstanda keçiriləcək sammitdə Novruz bayramını türk dünyasının vahid milli bayramı kimi qeyd etməyi təklif edəcəyik. Bu bizim birliyimizi və həmrəyliyimizi daha da gücləndirəcək”, – o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 21 Mart 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















