Türkiyə Tramp administrasiyası ilə ikitərəfli münasibətlərin gələcəyini müzakirə etməyə hazırlaşır
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Türkiyə yaxın vaxtlarda ABŞ-nin yeni administrasiyası ilə qarşıdakı dövrdə ikitərəfli münasibətlərin inkişafı məsələsini müzakirə etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.
Onun sözlərinə görə, əvvəlki hakimiyyətlə danışıqlarda Ankara ikitərəfli gündəliyin onun üçün vacib olan məsələləri ilə bağlı müəyyən irəliləyişə nail olub.
"Lakin CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında) qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvi bizim üçün əsas məsələlərdən biri olaraq qalır və bu, hələ də həll olunmayıb. NATO üzrə tərəfdaş ölkənin bu cür sanksiyaları müttəfiqlik ruhuna ziddir", - deyə o bildirib.
H.Fidanın sözlərinə görə, yeni administrasiya ilə danışıqlar təxminən martda, hökumət tam formalaşandan sonra başlayacaq.
"Türkiyə artıq hazırlıq görür, hökumətin münasibətlərin gələcək inkişafı ilə bağlı öz baxışı var", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















