Türkiyə Ukraynaya bu silahları verəcək? SİYAHI
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Türkiyədə yerləşən ümumi dəyəri 255,9 milyon dollar olan köhnəlmiş Amerika silahlarını, o cümlədən reaktiv yaylım atəş sistemləri (RYAS) və mərmiləri əldə edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 6-da Konqresin iclasları və fəaliyyəti haqqında jurnalda dərc olunan bildirişində məlumat verilib.
Sənəddə qeyd olunur ki, Ankara Kiyevə 12 ədəd M270 MLRS RYAS qurğusu, 2 524 ədəd M26 reaktiv kaset mərmisi, 47 min ədəd M509A1 artilleriya mərmisi və 70 ədəd M39 ATACMS ballistik raketi verə bilər.
Məlumata görə, silahların Türkiyənin “MKE”, “ASFAT” və “ARCA Savunma San. Tic.”, Bolqarıstanın “VTIC International Ltd.”, həmçinin ABŞ-ın “Pansophico” və “Patriot Defense Group” özəl şirkətləri vasitəsilə təhvil verilməsi planlaşdırılır.
ABŞ Dövlət Departamenti bildirib ki, “Amerika Birləşmiş Ştatları hökuməti bu tədarükə icazə verməyə hazırdır”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 09 Avqust 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















