Icma.az
close
up
RU
TÜRKİYƏ UKRAYNAYA QOŞUN YERİDƏRSƏ...” Postsovet məkanı tədricən Rusiya Türkiyə müştərək idarəçiliyinə keçir

TÜRKİYƏ UKRAYNAYA QOŞUN YERİDƏRSƏ...” Postsovet məkanı tədricən Rusiya Türkiyə müştərək idarəçiliyinə keçir

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsi üçün həlledici olan indiki məqamda Türkiyəyə səfər etməsi, Türkiyəni Ukraynaya təhlükəsizlik təminatı verəcək ölkələr sırasında görmək istədiyini bəyan etməsi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi və digər Ukraynayönlü bəyanatlar verməsi Ankaranın yaxın zamanda Kiyevdə əsas söz sahiblərindən biri ola biləcəyinə işarədir. 

Bu fonda Türkiyə qoşunlarının sülhməramlı qismində Ukraynaya girməsi ehtimalı günbəgün artır. Ən azı ona görə ki, hazırkı ABŞ administrasiyası birmənalı olaraq, sülh əldə olunandan sonra Ukraynaya qoşun göndərməyəcəyini bəyan edir, Avropanınsa bunun üçün nə samballı ordusu, nə də lazımi siyasi iradəsi, birliyi, qətiyyəti var. Həmçinin, Rusiya birmənalı olaraq, Avropanın Ukraynada hərbi varlığını istisna edirArtıq həm Qərbdə, həm də postsovet məkanında Türkiyənin Ukraynadakı hərbi mövcudluğunu real görən politoloqların, siyasi şərhçilərin dairəsi genişlənir. Məsələn, erməni əsilli türkoloq Vahram Ter-Matevosyan Ermənistan mətbuatına açıqlamasında Türkiyə hərbçilərinin Ukraynada yerləşdirilməsi ilə bağlı razılaşmanın əldə ediləcəyi ehtimalını yüksək qiymətləndirib. Onun dediyinə görə, Türkiyə qoşunlarının Ukraynaya yeridilməsi geosiyasi baxımdan çox mühüm hadisə olardı: “Biz Türkiyə-Rusiya monitorinq qruplarının həm Suriyada, həm də dağlıq Qarabağda necə işlədiyini gördük. Önəmli olan belə bir razılaşma əldə olunarsa, onların Ukraynada hansı statusda yerləşdiriləcəyidir. Əgər sülhməramlılar olacaqsa, bu bir şeydir, amma dağlıq Qarabağda olduğu kimi, atəşkəs rejiminə əməl etmək üçün qoşunlar yerləşdiriləcəksə, bu başqa məsələdir”. Onun qiymətləndirməsinə görə, postsovet məkanı tədricən Rusiya-Türkiyə müştərək idarəçiliyinə çevrilir.Ter-Matevosyan hesab edir ki, artıq Cənubi Qafqazda bu cür idarəçilik müşahidə olunur və indi Ukrayna da belə bir platformaya çevrilə bilər: “Postsovet məkanı istər-istəməz Rusiya-Türkiyə ümumi idarəetmə ərazisinə çevrilir. Eyni zamanda, Ukraynada Türkiyəyə belə səlahiyyətlər verilərsə, bu, Avrasiya üçün əhəmiyyətli tektonik dəyişiklik olacaq. Hamı başa düşür ki, Türkiyənin ciddi geosiyasi məqsədləri var və onun Ukraynaya qoşun yeritməsi çox şeyə nail olmasına imkan verəcək. Türkiyə Krımdakı məqsədlərindən heç vaxt əl çəkməyib. Hazırda da Krım tatarlarının müdafiəçisi kimi çıxış edir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq əgər Rusiya belə bir qərarla razılaşarsa, bu, onun maraqlarına zərbə vurmuş olacaq. Eyni zamanda, Rusiya Türkiyə qoşunlarını Avropa qoşunlarından daha məqbul hesab edə bilər”.

Erməni mütəxəssis hesab edir ki, Türkiyə hazırda Rusiya-Türkiyə əməkdaşlığından Moskvadan daha çox faydalanır.

Ter-Matevosyan hesab edir ki, artıq Cənubi Qafqazda bu cür idarəçilik müşahidə olunur və indi Ukrayna da belə bir platformaya çevrilə bilər: “Postsovet məkanı istər-istəməz Rusiya-Türkiyə ümumi idarəetmə ərazisinə çevrilir. Eyni zamanda, Ukraynada Türkiyəyə belə səlahiyyətlər verilərsə, bu, Avrasiya üçün əhəmiyyətli tektonik dəyişiklik olacaq. Hamı başa düşür ki, Türkiyənin ciddi geosiyasi məqsədləri var və onun Ukraynaya qoşun yeritməsi çox şeyə nail olmasına imkan verəcək. Türkiyə Krımdakı məqsədlərindən heç vaxt əl çəkməyib. Hazırda da Krım tatarlarının müdafiəçisi kimi çıxış edir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq əgər Rusiya belə bir qərarla razılaşarsa, bu, onun maraqlarına zərbə vurmuş olacaq. Eyni zamanda, Rusiya Türkiyə qoşunlarını Avropa qoşunlarından daha məqbul hesab edə bilər”.

Erməni mütəxəssis hesab edir ki, Türkiyə hazırda Rusiya-Türkiyə əməkdaşlığından Moskvadan daha çox faydalanır.Əlbəttə, Ter-Matevosyanın dediklərində həqiqət payı kifayət qədər yüksəkdir. Türkiyə doğrudan da həm Cənubi Qafqazda, həm də Suriyada, Liviyada və ümumilikdə Yaxın Şərq regionunda Rusiyanı sıxışdırmağa nail olub. İndi isə tam olmasa da, buna bənzər proses Ukraynada müşahidə edilə bilər. Ukraynada sülhməramlı adı ilə xarici hərbi qüvvələrin yerləşdirilməsi qərara alınarsa (həm Ukrayna və Avropa, həm də ABŞ bunda təkid edir) və Rusiya “Avropa, ABŞ, yoxsa Türkiyə” seçimi qarşısında qalarsa, böyük ehtimalla sonuncuya üstünlük verə bilər. Türkiyə Kremli hər nə qədər yuxarıda qeyd etdiyimiz regionlarda sıxışdırsa da, Moskva üçün Ankara ilə anlaşmaq daha asandır. Bu kontekstdə son olaraq ABŞ ilə Rusiya heyətləri arasında danışıqların məhz İstanbulda keçirilməsinə qərar verilməsi də çox şeydən xəbər verir.

Həmçinin, Ukrayna cəmiyyətində Türkiyəyə münasibət yaxşıdır. Son rəy sorğularına görə, ukraynalıların 57 faizi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimad bəsləyir. Bu göstərici üzrə Ərdoğan Almaniya Kansleri Olaf Şoltsla eyni mövqedədir. Məsələn, Britaniya Baş naziri Kir Starmerdə bu göstərici 56 faizdir. Həm Almaniya, həm də Böyük Britaniya Ukraynaya hərbi və maliyyə yardımında aparıcı ölkələrdən sayılsalar da, göründüyü kimi, Ukrayna cəmiyyəti Türkiyəyə onlardan az etibar etmir. Beləliklə də, hadisələrin gedişi göstərir ki, artıq çoxdan məhdud regional güc statusundan çıxmağa müvəffəq olan Türkiyə daha bir uğura Ukraynada imza ata bilər...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Fevral 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri