Icma.az
close
up
RU
Ukraynaya qoşun göndərilir? Türkiyə qapıları bağlamır, Rusiya QARŞIDIR

Ukraynaya qoşun göndərilir? Türkiyə qapıları bağlamır, Rusiya QARŞIDIR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Avropa ölkələri Ukraynada mümkün atəşkəsin əldə olunacağı təqdirdə sülhü qorumaq məqsədilə bu ölkəyə hərbi qüvvə göndərmə variantını müzakirə edir.

Modern.az-ın məlumatına görə, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyə bu mövzuda prinsipial olaraq qapıları tam bağlamır.

Yerli mətbuata danışan hərbi mənbələr Türkiyənin düzgün şərtlər formalaşarsa, belə bir qüvvəyə qoşulmağı dəyərləndirə biləcəyini bildirir. Bununla belə, hazırda rəsmi olaraq qəbul edilmiş bir qərar yoxdur. Mənbələrə görə, Türkiyənin mövqeyi atəşkəsin əldə olunması, missiyanın detalları və lazımi şəraitin formalaşması ilə dəqiqləşəcək.

Türkiyənin Ukrayna və Rusiya ilə qurduğu balanslı münasibətlərin bu qərarda mühüm rol oynayacağı gözlənilir. Eyni zamanda, sülhməramlı qüvvələrin tərkibi və missiyasının detalları da Ankara üçün əsas amillərdən biri olacaq.

Avropa İttifaqı (Aİ) Ukraynada barışın bərqərar olması üçün müxtəlif prinsiplər irəli sürüb. Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi açıqlamada Avropa ölkələrinin yaxın həftələrdə Ukraynaya hərbi qüvvə göndərməyəcəyini vurğulayıb. Onun fikrincə, öncə diplomatik danışıqların aparılması və atəşkəsin əldə olunması vacibdir.

Lakin NATO daxilində sülhməramlı qüvvələr ideyasına fərqli yanaşmalar var. ABŞ bu prosesə qoşulmayacağını açıq şəkildə bildirsə də, bəzi Avropa ölkələrinin bu təşəbbüsə dəstək verəcəyi ehtimal edilir.

Rusiya isə açıq şəkildə Ukraynada NATO ölkələrinin hərbi qüvvələrini görmək istəmədiyini bəyan edib. Moskvanın bu mövqedə dəyişiklik edəcəyi ilə bağlı heç bir siqnal yoxdur. Buna görə də, Rusiya ilə mümkün razılaşmanın parametrləri hələ bəlli deyil və bu, hərbi planlamanı çətinləşdirir.

İngiltərə və Fransa bu məsələdə aparıcı rol oynaya biləcək ölkələr kimi ön plana çıxır. Xüsusilə Fransa 10 minədək əsgər göndərməyi nəzərdən keçirir. İspaniya və Almaniya isə hələlik missiyanın şərtlərinin dəqiqləşməsini gözləyir.

Polşa isə əsgər göndərmək əvəzinə, bu addımı atacaq ölkələrə siyasi və logistik dəstək verməyə üstünlük verir. İsveç və Hollandiya kimi ölkələr isə yalnız aydın mandat və təhlükəsizlik təminatları olduqda iştirak edə biləcəklərini bildirirlər.

Avropa ölkələri üçün ABŞ-ın dəstəyi həlledici əhəmiyyət daşıyır. Vaşinqtonun iştirakı olmadan barış gücünün effektiv olub-olmayacağı sual altındadır. Xüsusilə hava dəstəyi, kəşfiyyat və təhlükəsizlik təminatları baxımından ABŞ-ın rolu əvəzolunmaz sayılır.

Ukraynada barış gücünün yaradılması üçün atəşkəsin əldə olunması əsas şərtdir. Lakin bu prosesin qarşısında ciddi diplomatik və hərbi maneələr mövcuddur. Türkiyə, digər ölkələr kimi, hələlik konkret bir addım atmadan situasiyanı dəyərləndirir. Gələcəkdə missiyanın detalları və beynəlxalq razılaşmalar bu prosesin necə irəliləyəcəyini müəyyən edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Mart 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri