Türkiyə və ABŞ ticarət əlaqələrinin koordinasiyası məsələlərini müzakirə edib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Ankarada Türkiyə-ABŞ ticarət əlaqələri üzrə birgə işçi qrupunun iclası keçirilib.
AZƏRTAC Türkiyənin Ticarət Nazirliyinə istinadla xəbər verir ki, ABŞ Prezident Administrasiyasının son qərarları fonunda iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq yollarının koordinasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Türkiyə nümayəndə heyətinə nazir müavini Mustafa Tuzcu rəhbərlik edib.
Danışıqlarda dünya ticarətində proteksionizmin mənfi nəticələrinə qarşı mübarizəyə xüsusi diqqət yetiriblər.
Türkiyənin Ticarət Nazirliyi ABŞ-la ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq məqsədi daşıyan Fəaliyyət Planının yenilənməsinin vacibliyini qeyd edib.
Planlara Amerika bazarının tələbatının təhlilinin aparılması, ABŞ iqtisadiyyatının aparıcı sektorlarının nümayəndələri ilə əlaqə yaratmaq üçün ticarət nümayəndə heyətlərinin Birləşmiş Ştatlara göndərilməsi və Türkiyə şirkətlərinin dövlət səviyyəsində sərgilərdə iştirakının təşviq edilməsi daxildir.
Bundan əvvəl Ankara Türkiyənin ticarət naziri Ömer Bolatın may ayında Vaşinqtona səfərinin planlaşdırıldığını açıqlamışdı.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 12 Aprel 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















