Səfir: Türkiyə və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafında inşaat sektorunun xüsusi rolu var
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 14 oktyabr, AZƏRTAC
30-cu Xəzər İnşaat Həftəsində Türkiyənin bir çox aparıcı şirkətləri iştirak edərək öz məhsul və texnologiyalarını təqdim edirlər.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün söyləyib.
O bildirib ki, Türkiyə Azərbaycandakı səfiri kimi stendləri ziyarət edib, tikinti, isitmə və soyutma texnologiyaları sahəsindəki yeniliklərlə tanış olub.
“Hazırda həm Azərbaycanda, həm də regionda, eləcə də Türkiyədə inşaat və infrastruktur yatırımları sürətlə artır. Bu, ölkələrimizin hələ də inkişafda olan iqtisadiyyatlara malik olmaları ilə bağlıdır. Ən önəmlisi isə tikinti materiallarına olan tələbatın öz ölkələrimizdə istehsal edilən yerli məhsullarla qarşılanması istiqamətində atılan addımlar böyük əhəmiyyət daşıyır. Türkiyə və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafında inşaat sektorunun xüsusi rolu var. Bu sahə yalnız iri yol və infrastruktur layihələrini həyata keçirən şirkətləri deyil, eyni zamanda, tikinti və bina materialları istehsalçılarını da əhatə edir. Bu gün Türkiyə dünyada aparıcı istehsal mərkəzlərindən biri kimi tanınır və beynəlxalq səviyyədə rəqabət apara bilən markalara sahibdir. Türkiyə şirkətlərinin iştirakı və burada dünyanın müxtəlif ölkələrindən gələn firmalarla birgə potensialını nümayiş etdirməsi qürur doğurur”, - deyə səfir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 14 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















