Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Məkkədə imzalanan saziş Ər-Riyadda verilən qərarlarla yeni bir mərhələyə yüksəldi. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan artıq təkcə diplomatik həmrəylikdən deyil, həm də ortaq müdafiə qabiliyyətindən danışırlar. Bu inkişaf Yaxın Şərqdə güc balansını yenidən formalaşdıra biləcək bir prosesə qapı açır.

Bu sözləri Axar.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə türkiyəli ekspert İmbat Muğlu deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə kartlar yenidən paylanır:

“İllərdir ki, regionun gələcəyi əsasən xarici güclərin hərbi mövcudluğu, ikitərəfli müdafiə sazişləri ilə formalaşdırılıb. Lakin bu dəfə region ölkələri öz imkanlarını artırmağa çalışırlar. Məkkə Sazişi bu yeni səyin ən diqqətçəkən nümunələrindən biridir.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan sazişin ən vacib aspekti ondan ibarətdir ki, saziş üzvü olan bir ölkəyə silahlı hücum digər üzvlərə də hücum hesab olunur. Məkkədə başlayan proses İstanbulda keçirilən ilk Strateji Siyasi və Müdafiə Komitəsinin iclası ilə institusional çərçivə qazandı.

Bundan sonra Ər-Riyadda baş tutan son görüş mexanizmin sadəcə siyasi bəyannamə olaraq qalmayacağına dair yeni əlamətlər verdi. Kəşfiyyat paylaşımı, hərbi koordinasiya, müdafiə sənayesi əməkdaşlığı, birgə texnologiya və istehsal, hərbi imkanların inkişafı və zəruri hallarda birgə müdafiə imkanlarının aktivləşdirilməsi... - bütün bunlar Məkkə Sazişinin ritorika mərhələsindən tətbiq mərhələsinə keçmək üçün nəzərdə tutulduğunu göstərir.

Türkiyənin NATO üzvlüyü, güclü ordusu və daim artan müdafiə sənayesi potensialı, Səudiyyə Ərəbistanının Körfəzdəki iqtisadi və strateji çəkisi, Pakistanın güclü ordusu və nüvə çəkindirmə qabiliyyəti... - bu üç ölkənin bir çətir altında daha sıx əməkdaşlığı yeni strateji mənzərə yaradır”, - o bildirib.

Ekspertin sözlərinə görə, məsələ yalnız hərbi ittifaqla məhdudlaşmır:

“Enerji marşrutları, dəniz ticarəti, kəşfiyyat, müdafiə texnologiyaları, terrorizmə qarşı mübarizə və böhranların idarə edilməsi də bu əməkdaşlığın təbii uzantılarıdır. Buna görə də Məkkə Sazişini yalnız müdafiə sənədi kimi oxumaq natamam olardı. Məkkə Sazişinin tərəfləri açıq şəkildə bildirirlər ki, bu, hər hansı bir ölkəyə qarşı qurulmayıb. Buna görə də sazişi birbaşa “İran əleyhinə ittifaq” kimi təyin etmək düzgün deyil.

İranın bölgədəki təsiri, onun vasitəçiləri, Körfəzdəki inkişaflar, Hörmüz boğazı və Yəməndən qaynaqlanan risklər nəzərə alınmaqla, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında koordinasiya qaçılmaz olaraq Tehranın hesablamalarına təsir göstərir. Türkiyə üçün Məkkə Sazişi Körfəzdən Cənubi Asiyaya qədər uzanan geniş bir coğrafiyada yeni əlaqələr yaradır.

Ankara NATO daxilindəki öhdəliklərini qoruyub saxlayaraq, regional ölkələrlə müdafiə və diplomatiya sahələrində münasibətlərini də dərinləşdirir. Bu, Türkiyəyə müxtəlif aktorlarla diplomatik və strateji əlaqələr qurmağa imkan verir. Son illərdə Türkiyə müdafiə sənayesinin qazandığı potensialı nəzərə alsaq, Türkiyənin rolu yalnız hərbi personal və ya platforma təmin etməklə məhdudlaşmaya bilər. Pilotsuz sistemlər, hava hücumundan müdafiə texnologiyaları, elektron müharibə, kəşfiyyat və birgə müdafiə istehsalı qarşıdakı dövrdə əməkdaşlığın vacib sahələri arasında ola bilər.

Ər-Riyad üçün mənzərənin başqa bir tərəfi var. Uzun illərdir ki, Körfəz ölkələri müdafiələri üçün əsasən xarici aktorların hərbi imkanlarına güvəniblər. İndi Səudiyyə Ərəbistanı iki əhəmiyyətli hərbi güclə - Türkiyə və Pakistanla daha institusional tərəfdaşlığı inkişaf etdirir. Bunun əsas nəticələrindən biri çəkindirmə qabiliyyətinin artması ola bilər. Çünki müharibənin qarşısını almaq üçün təkcə silah sistemlərinin mövcudluğu deyil, həm də digər tərəfə lazım olduqda bunlardan birlikdə istifadə edilə biləcəyini nümayiş etdirmək lazımdır.

Buna görə də birgə potensialın yaradılması Məkkə Sazişinin gələcəyi üçün çox vacib olacaq. Pakistanın sazişdəki mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. Türkiyə ilə tarixən güclü münasibətləri olan Pakistanın Səudiyyə Ərəbistanı ilə də uzunmüddətli hərbi əlaqələri var. Beləliklə, Məkkə Sazişi Yaxın Şərq və Cənubi Asiya arasında strateji əlaqəni gücləndirə biləcək bir platformaya çevrilir.

Bu vəziyyət təkcə üç ölkənin deyil, həm də Körfəz, Cənubi Asiya, Qırmızı dəniz və enerji dəhlizləri ilə bağlı hesablamalara təsir göstərə bilər. Artıq Yaxın Şərqdəki güc mübarizəsini yalnız quru sərhədləri vasitəsilə şərh etmək mümkün deyil. Dünya iqtisadiyyatının kritik damarları bu coğrafiyadan keçir.

Buna görə də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında koordinasiyanın dəniz təhlükəsizliyinə və enerji təchizatına təsiri zamanla daha çox hiss olunacaq. Məkkədə imzalanan saziş İstanbulda institutlaşdırılır, Ər-Riyadda möhkəmlənir və qarşıdakı dövrdə Yaxın Şərqdə güc balansında əhəmiyyətli bir elementə çevrilməyə hazır görünür”.

Qeyd edək ki, Türkiyə və Pakistan Məkkə Sazişi çərçivəsində Səudiyyə Ərəbistanına ordu yerləşdirmək qərarına gəlib. Ərəbistan hazırda husilərin hücumuna məruz qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:349
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Oktyabr 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri