Türkiyə və Rusiya bu qıza görə qarşı qarşıya FOTO
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
19 yaşlı heptatlonçu Sofiya Yakuşinanın Türkiyə vətəndaşlığına keçməsi Rusiyada birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, rusiyalı 19 yaşlı gənc Türkiyəni Gənclər və İdman Nazirliyinin xüsusi proqramı vasitəsilə Türkiyə vətəndaşlığı alıb.
Nazirliyin məlumatına görə, Sofiya artıq beynəlxalq yarışlarda Türkiyəni təmsil edəcək. O, 2024-cü ildə Rusiya Atletizm Çempionatında gümüş medal qazanıb.
Rusiya rəsmilərinin Ukraynadakı müharibəyə görə bu ölkənin idmançılarına tətbiq edilən məhdudiyyətlərin aradan qalxmasını gözlədiyi bildirilir. Məlumata görə, onlar bundan sonra Sofiyanın ölkəsinin adına yarışmağa davam etməsini istəyiblər. Lakin vətəndaşlıq qərarı Rusiyanı qəzəbləndirib. Sofiyanın karyerasının təməllərini Rusiyada atdığı və orada yetişdirildiyi vurğulanıb. Nəticə olaraq, Türkiyədən idmançının məşq və məşqçi xərclərini təzminat kimi ödəməsi tələb edilir.
Hazırda iki ölkənin hüquqşünaslarının bu istiqamətdə danışıqlar apardığı deyilir.
Əliyar Xəlil
Globalinfo.az


