Icma.az
close
up
RU
İsrail və Türkiyə qarşı qarşıya Azərbaycan hansı qərarı verəcək?

İsrail və Türkiyə qarşı qarşıya Azərbaycan hansı qərarı verəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər Suriyada Türkiyə ilə İsrail arasında hərbi qarşıdurmanın mümkünlüyü barədə çox müzakirələr aparılır. Bu haqda İsrail mənbələri də müəyyən məlumatlar yayır. Belə bir toqquşmanın həqiqətən də baş verib-verməməsi isə sual doğurur. İsrailin müdafiə naziri, İsrael Kats, Suriya liderinə ünvanladığı son açıq təhdidində də bu səbəbi vurğulayıb və Türkiyəni gizli şəkildə “düşmən dövlət” kimi təsvir edib.

Azərbaycan da Suriyaya maraq göstərən ölkələrdəndir. Rəsmi Bakının Türkiyə və İsrail arasında yaranan gərginliklə bağlı Suriya siyasətini necə yönləndirəcəyi də maraq yaradan mövzulardandır.

Yaxın Şərqin ən güclü iki dövlətinin bölgənin ən mübahisəli, mürəkkəb ölkəsində (Suriyada) üz-üzə gəlməsi, toqquşması nə vəd edir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İsrailin Suriyada əməliyyat keçirməsinin üç əsas məqsədi var:

“Birincisi Əhməd əş-Şaara hökuməti ilə bağlıdır. İsrail öz gücünü bu hökumətə göstərmək istəyir. Bəşər Əsəd hakimiyyətdən devriləndən dərhal sonra, İsrail əlində tutduğu Colan təpəliklərindən daha çox irəliləyərək, Suriyaya məxsus mühüm su mənbələrini ələ keçirdi. Suriyada bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə susuzluqdan əziyyət çəkir. Əsas su mənbələri də Colan təpəliklərinin ətrafındadır. Suriyanın müvəqqəti hökuməti İsrailə həmin əraziləri dərhal tərk etməyi desə də, İsrail buna riayət etmir və təzyiq vasitəsi kimi əlində saxlayır. Su mənbələrinin yeri də dəyişdirilir.”

Politoloqun sözlərinə görə, İsrail əş-Şaaranın hakimiyyətə gəlməsini də qətiyyən istəmirdi:

“Radikal dindar olan Colanini özlərinə təhdid kimi görürlər. İkincisi isə Türkiyə ilə bağlıdır. Türkiyə son zamanlarda Suriyanın mərkəzindəki strateji “Tiyas” (T4) aviabazasında güclənir. Buraya havadan müdafiə sistemləri yerləşdirir. İsrail bunu özünə çox ciddi təhdid kimi görür və qəbul etmək istəmir. Verilən xəbərdarlıq da bununla bağlıdır ki, İsrailin rəqiblərinin ölkənizdə güclənməsinə icazə verməyin. Burada rəsmi Ankaradan söhbət gedirdi. İsrailin buna gücünün çatacağını da düşünmürəm.

Zeynal Əmrəliyev

Üçüncü məsələ isə ABŞ-la bağlıdır. Çünki Donald Tramp prezident seçildikdən sonra bəyan etdi ki, Suriya məsələsində Türkiyə ilə birlikdə hərəkət edəcəklər”.

Politoloq qeyd edib ki, həmin məsələ İsrailin qıcıqlanmasına səbəb olub:

“İsrailin Suriyada həyata keçirəcəyi əməliyyatlar Suriyadakı vəziyyətin daha da gərginləşməsinə yol açacaq. Əgər Türkiyənin Suriyadakı mövqelərinə zərbələr endirilərsə, rəsmi Ankara adekvat cavab verməli olacaq. ABŞ hər iki tərəflə dialoq halındadır və çalışır ki, toqquşma baş verməsin.

Düşünürəm, Azərbaycan bu məsələdə Türkiyə ilə birlikdə hərəkət etməlidir. Türkiyə Yaxın Şərqdə çox uğurlu siyasət aparır. Xüsusilə Suriyada. Rəsmi Ankaranın mövqeyi həm də türkmanların qoruması istiqamətindədir. Azərbaycana da elə bu mövqe sərf edir. Yəgin ki, digər müttəfiqimiz İsraildə bunu anlayışla qarşılayar”

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri