Türkiyə xalqından Azərbaycana dəstək dalğası: Ərəbləşməyəcəyik FOTO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"X" platformasının Türkiyə seqmentində istifadəçilər "Araplaşmayacağız" həştəqi ilə çoxsaylı paylaşımlar edirlər.
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan dilinə tərcümədə "Ərəbləşməyəcəyik" mənasını verən həştəq altında istifadəçilər türk kimliyi, mədəniyyəti və adət-ənənələri ilə bağlı fikirlərini bölüşürlər.
Paylaşımlarda Azərbaycanla həmrəylik mesajları da yer alır. Bir sıra istifadəçilər "Türk xalqı olaraq Azərbaycan xalqının yanındayıq" sözlərini yazaraq iki xalq arasındakı qardaşlıq münasibətlərinə diqqət çəkirlər.
İstifadəçilərin bir qismi Türkiyə ilə Azərbaycanın ortaq köklərinə və mədəni yaxınlığına istinad edirlər.
Həştəq çərçivəsində bəzi istifadəçilər ərəb və türk mədəniyyətləri arasındakı fərqlərlə bağlı fikirlərini bölüşür, türk kimliyinin və adət-ənənələrinin qorunmasının vacibliyini vurğulayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 18 Oktyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















