Türkiyədə 16,1 milyon insan xərçəng müayinəsindən keçib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səhiyyə Nazirliyi Türkiyədə 16,1 milyon insan xərçəng müayinəsindən keçib və 36 min nəfərə xərçəng diaqnozu qoyulub.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, müayinə "Xərçəngin erkən aşkarlanması həyatları xilas edir" devizi ilə keçirilib.
Müayinələr nəticəsində 36 000 insana xərçəng diaqnozu qoyulub. Bundan əlavə, səyyar xərçəng müayinəsi vasitələri vasitəsilə 515 000-dən çox skrininq xidməti göstərilib.
Səhiyyə naziri Kemal Memişoğlu müayinə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda "Sağlam qidalanmanı, tütünsüz həyatı və müntəzəm fiziki fəaliyyəti həyatımızın mərkəzinə çevirərkən, pulsuz müayinələrimizə də laqeyd yanaşmayaq" sözlərini yazıb.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Sentyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















