Türkiyədə 250 min insan süni intellektlə eşq yaşayır
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Dünyada getdikcə populyarlaşan süni intellekt tanışlıq tətbiqlərinin təsiri Türkiyədə də görünməyə başlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövcud məlumatlara görə, Türkiyədə 250 min insan süni intellektlə eşq yaşayır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu rəqəmsal sevgi çılğınlığı psixoloji və sosial risklər daşıyır.
İnsanlar xüsusi olaraq onlar üçün proqramlaşdırılmış rəqəmsal tərəfdaşlarla mesaj yazır, söhbət edir və emosional bağlar yaradırlar.
Hətta bəzi istifadəçilər keçmiş həyat yoldaşlarının və ya sevgililərinin xüsusiyyətlərini virtual partnyorlarına əks etdirirlər.
Psixoloqlar xəbərdarlıq edirlər ki, bu cür təcrübələr sosial bacarıqlara xələl gətirə və real münasibətlərə süni alternativlərə meyli artıra bilər. Lakin bəzi istifadəçilər iddia edirlər ki, Aİ mühakimə etmədən dinləyən, həmişə əlçatan və qayğıkeş olan tərəfdaşları onlara təklif edirlər.
Statistikalar göstərir ki, Aİ tanışlıq proqramlarından istifadə edənlərin 60%-i qadınlardır. Bu, təklik və təsdiq ehtiyacı kimi psixoloji amillərin bu təcrübələrə meyli artırdığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















