Icma.az
close
up
RU
Türkiyədə 70 kilo qızılla tutulan polkovnikleytenantın qardaşıdı

Türkiyədə 70 kilo qızılla tutulan polkovnikleytenantın qardaşıdı

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə 70 kiloqram qızılla saxlanılan, sonradan Bakıya çağırılaraq həbs olunan hərbi attaşe Qəhrəman Şamil oğlu Məmmədovla bağlı bəzi təfərrüatlar məlum olub.

Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, Qəhrəman Məmmədov uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru vəzifəsini tutmuş akademik Qərib Məmmədovun qardaşıdır.

Qərib Məmmədov metropolitenin sabiq rəisi, mərhum Tağı Əhmədov YAP Yasamal Rayon Təşkilatına sədrlik etdiyi dövrdə onun birinci müavini olub. Qərib Məmmədov qardaşının həbsi ilə bağlı açıqlama verməyə tələsmir. Məlum olan budur ki, Qəhrəman Məmmədov Türkiyəyə Ərəbistandan gəlib. Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılıb. Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur və onun 70 kiloqram qızılı Türkiyəyə Ərəbistandan gətirdiyi bilinir.

Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığında ittiham olunur. Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı qaçaqmalçılıq barədə məlumat əldə edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması üzə çıxıb.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb. Məlumata görə, Qəhrəman Məmmədov əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb. Bildirilir ki, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur. Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində bu şəbəkənin bir hissəsi olaraq onun adının hallandığı bildirilir. Araşdırmalar göstərir ki, ittiham olunan diplomat ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

İndi əsas suallardan biri budur ki, qızıl qaçaqmalçılığının arxasında kim dayanır? Ələ keçən Qəhrəman Məmmədov sadəcə diplomatik toxunulmazlığından istifadə edib qaçaqmalçılıq edib, yoxsa kuryer olub?

Qəhrəman Məmmədovun Türkiyədə saxlanılmasından 1 gün sonra ölkəyə çağırılması, qısa araşdırmanın ardından həbsi onu deməyə əsas verir ki, qaçaqmalçılıq məsələsi ciddi şəkildə araşdırılacaq.

Qeyd edək ki, Qəhrəman Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Həbsinə qədər Səudiyyə Ərəbistanında hərbi attaşe olub.

Barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi istintaq olunur. Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 – ölkə hüdudlarından kənarda qaçaqmalçılıq, 341.1 – vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib.

İttihamlara əsasən, Qəhrəman Məmmədovun ölkə xaricində hərbi attaşe vəzifəsini icra edərkən qeyri-qanuni fəaliyyətlə məşğul olduğu iddia edilir. Digər bir iddiaya görə, onun adı xarici ölkələr arasında qaçaqmalçılıq təşkil edən şəbəkənin fəaliyyətində hallanıb. Bu hadisə Azərbaycanda diplomatik toxunulmazlıq imkanlarından şəxsi məqsədlər üçün istifadə edən şəxslərin məsuliyyət məsələsini yenidən gündəmə gətirib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see222

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see170

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see138

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see130

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see123

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see123

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see122

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see121

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see114

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see113

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see113

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri