Icma.az
close
up
RU
Ankaradan növbəti həmlə: Türkiyədə dünyanın taleyi həll olunur

Ankaradan növbəti həmlə: Türkiyədə dünyanın taleyi həll olunur

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son iki gündə dünyanın diqqəti Ankaraya fokuslanıb. Birincisi, PKK-nin özünü ləğv edib silahları təhvil verməsi, ikincisi isə mayın 15-də İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarıdır.

PKK-nin özünü tamamilə ləğv edib silahları buraxması barədə verdiyi qərar Türkiyənin sadəcə “Terrorsuz Türkiyə” hədəfinə çatmaq istiqamətində uğurlu addımı deyil, həm də beynəlxalq münasibətlər sistemində Ankaranın nüfuzu baxımdan ciddi tarixi siyasi əhəmiyyət kəsb edən məsələdir.

Ankaranın bu qələbəsi yeni dünya düzəninin formalaşmasında qlobal sabitliyin, təhlükəsizliyin Türkiyəsiz mümkünsüz olduğunu sübut edən amildir.  

Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda Rusiya-Ukrayna arasında atəşkəsin əldə edilib sülh danışıqlarına başlaması istiqamətində verdiyi təklif də dediklərimizin bariz nümunəsidir. 

Hər iki hadisə Türkiyənin regional və qlobal oyunçu olduğunu ortaya qoyur.

Təbii ki, Ankaranın bu qələbəsini və uğurlarını həzm etməyən qüvvələr çox narahatdırlar. 

Birincisi, bir çox güclər PKK vasitəsilə təkcə güclü Türkiyənin qurulmasına mane olmurlar, eyni zamanda bir təşkilat vasitəsilə Yaxın Şərqdəki oyunlarını qururlar. Belə bir kartın əldən çıxması, həmin güclərin bütövlükdə Yaxın Şərq bölgəsinə təsir mexanizmlərindən məhrum olması deməkdir. Ona görə də bu qüvvələr hər vasitə ilə PKK-nin tərksilah olması, “Terrorsuz Türkiyə” qurulmasında etimad mühitinin formalaşması istiqamətində əngəllər yaradıb təxribatçı hərəkətlərə əl atacaqlar. Ankara bütün bunları görür və təmkinli şəkildə prosesləri irəli apararaq təkcə Türkiyədə deyil, bütövlükdə Yaxın Şərqdə və Qafqazlarda sabitliyin, təhlükəsizliyin bərqərar olmasına öz təhfəsini verməklə, regional güc kimi bölgənin əsas oyunçusu rolunda çıxış edəcək. 

İkincisi, mayın 15-də İstanbulda gerçəkləşməsi gözlənilən Rusiya-Ukrayna danışıqları Ankaranın qlobal güc rolunda çıxış etməsi baxımdan mühüm rol oynayır.

Ankara Rusiya-Ukrayna münaqişəsinin ilk günündən proseslərdə aktiv iştirak edən tərəf olub.

Məhz Ankaranın səyi ilə ilk dəfə Kiyevlə Moskva ən yüksək səviyyədə bir araya gələ biliblər. Sadəcə Qərbin təzyiqi ilə Kiyev danışıqlardan çıxıb. Dünyanın taxıl böhranından xilas olması istiqamətində Qara Dənizdə taxıl dəhlizinin yaranması ancaq Ankaranın səyi nəticəsində mümkün olub.

İndi isə həm Kiyev, həm də Zelenskini danışıqlardan kənarlaşdıran Qərb də daha əlverişsiz şərtlərlə  çarəsiz şəkildə masa arxasında əyləşmək məcburiyyətində qalıb. Moskva da bunu yaxşı bildiyindən Qərbi psixoloji cəhətdən əzməklə və psixoloji basqı altında saxlamaqdadır. Bu səbəbdən də Kreml hələ də İstanbulda keçiriləcək toplantıda hansı səviyyədə və kimlərlə təmsil edəcəyini açıqlamır.

Putinin danışıqlardan imtinası isə müharibənin davam etməsi anlamına gələcək. Kremlin müharibəni uzun müddət davam etdirmək qabliyyəti də tükənməkdədir. Çünki Ukrayna cəbhəsində müttəfiqləri olan əsasən Çin və İranın uzun müddət Rusiyaya yardım etməsi mümkün olmayacaq. Burada xüsusi bir məqam da ondan ibarətdir ki, Rusiyanın uzunməsafəli cəbhəyə nəzarət etməsi elə də asan məsələ olmayacaq. Bu təkcə hərbi resurs, texnika baxımdan deyil, həm də maliyyə baxımdan böyük vəsaitlər tələb edir.

Kremlin eyforiyaya uyması onlara baha başa gələ bilər və proseslər əks istiqamətdə inkişaf edər. 

Digər tərəfdən İstanbulda danışıqların davam etdirilməsi təklifi ilə çıxış edən Kreml özüdür. Özü öz təklifinə qarşı çıxması Kremlin özünü çıxılmaz vəziyyətə sala bilər. 

Kreml danışıqlar prosesində, həm də Ukrayna müharibəsində onunla eyni cəbhədən çıxış edən Çin, İran və Şimali Koreyanın da mövqeyini öyrəməyə çalışır. Amma istənilən halda, Kreml İstanbul görüşündən faydalanmağa çalışacaq. 

Qərb, xüsusən də Ağ Ev İstanbul toplantısında Putinin özünü görmək istəyir. Bunun üçün ABŞ prezidenti xüsusi elçisi Stiv Uitkof və Ukrayna prezidenti Volodimir Zelenski vasitəsilə Kremlə təzyiq edərək Putinin özünün iştirakına nail olmağa çalışır. 

Çünki Ağ Evin elçisi Uitkof bəyan edib ki, Putinsiz və onun imzası olmadan hər hansı sülh sazişi mümkün deyil. Digər tərəfdən isə Zelenski bəyan edir ki, İstanbulda yalnız Putinlə bir araya gələ bilər.

Görüşün ev sahibi Türkiyə olduğundan Ankara sıx diplomatik qrafikdə fəaliyyət göstərməkdədir.

Putinin danışıqlarda iştirakı təbii olaraq Ankaranın da maraqlarına uyğundur. Belə ki, toplantıda Putinin iştirakı ehtimal olunur. Putin iştirak edərsə, o zaman ABŞ prezidenti Donald Trampın da İstanbula səfəri reallaşacaq. Tramp da bunun anonsunu verib. Bu isə Rusiya-Ukrayna müharibəsində ciddi dönüş mərhələsi deməkdir. Təbii ki, İstanbul razılaşması ilə Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda bitib sülh sazişinin imzalanmasını gözləmək də sadəlövhlük olar. Amma ən azından yeni mərhələ aktiv hərbi əməliyyatlar mərhələsinin yekunlaşmasına və problemin danışıqlar yolu ilə həllinə zəmin yarada bilər.   Dünyanı ikiyə bölən bu müharibənin həlli istiqamətində ciddi dönüşün yaranması isə Ankaranın dünyada nüfuzunun artması ilə yanaşı, qlobal oyunçu rolunda çıxış etmək baxımından mövqeyinin möhkəmlənməsinə ciddi təsir göstərəcək.  

Onu da qeyd edək ki, Ankaranın Hindistanla Pakistan arasındakı son qarşıdurmada oynadığı rol Türkiyənin qlobal aktor rolunda çıxış etməsində ciddi addım hesab olunur.

Mürtəza
Ölkə.az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 May 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri