Türkiyədə bank kartları ilə bağlı YENİ QADAĞA Bu parolları qoya bilməyəcəklər Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BTNK) kredit və bank kartı istifadəçilərini fırıldaqçılardan qorumaq məqsədilə yeni qaydalar tətbiq edib.
BAKU.WS xəbər verir ki, yeni qaydalarla bəzi parolların qoyulması qadağan edilib.
Tarix və ardıcıl rəqəm şifrələrinə qadağa:
"1453, 1881, 1903, 1905, 1907" kimi tarixi illər, avtomobil nömrələri və ardıcıl rəqəmlər şifrə olaraq seçilə bilməz.
Futbol klublarının yaranma tarixi ilə bağlı qadağa:
Tanınmış futbol klublarının yaranma tarixi və məşhur kombinasiyalar təhlükəsizlik baxımından qadağan edilib.
ATM-lərdə təhlükəsizlik tədbirləri artırılıb:
Bu kombinasiyaları istifadə etmək istəyənlər avtomatik xəbərdarlıq alacaqlar. Şifrəni dəyişdirməyənlərin kartları bloklanacaq və yeni şifrə variantları ilə təkrar istifadəçilərə göndəriləcək.
Qeyd edək ki, bu qərar artan fırıldaqçılıq halları, sadə və təxmin edilə bilən şifrələrin istifadəsinin qarşısını almaq məqsədilə verilib.
İstifadəçilərin doğum tarixləri, maşın nömrələri və digər yayılmış kombinasiyalardan istifadə dələduzların işini asanlaşdırıb. Bu qərarın tətbiqi ilə bank kartlarından pulların oğurlanması halları çətinləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 24 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















