Türkiyədə baş verən helikopter qəzası ilə bağlı yeni detal ortaya çıxdı FOTO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi , Türkiyənin İspartanın Keçiborlu rayonunda hərbi helikopter qəzaya uğrayıb. Isparta valisi Abdullah Erin qəza nəticəsində biri təlim komandiri olmaqla 5 əsgərin həlak olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, 5 nəfərin şəhid olduğu helikopter qəzasında yeni detal ortaya çıxıb. Qəzaya uğrayan 1956-cı il ABŞ istehsalı olan UH-1 helikopterinin daha əvvəl də Türkiyədə qəzaya uğradığı məlum olub.
Daha əvvəl Kipr Sülh Əməliyyatında istifadə edilən UH-1 tipli helikopter 2019-cu il fevralın 12-də İstanbulun Sancaktəpə səmtində qəzaya uğrayıb. Qəsəbəyə düşən helikopterdə olan 4 əsgər şəhid olub.
Qeyd edək ki, bir çox ölkə tərəfindən istifadə olunmağa davam edən və Vyetnam müharibəsinin simvolu olan UH-1-lər axtarış-xilasetmə, nəqliyyat və pilot təhsili missiyalarında istifadə edilmək üçün hazırlanmışdır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Dekabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















