Türkiyədə daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə məşhur simalarla bağlı aparılan narkotik araşdırması çərçivəsində səkkiz nəfərin test nəticələrinin müsbət olduğu bildirilir.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində götürülmüş nümunələrin araşdırılması nəticəsində Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin narkotik vasitələrə dair testlərinin müsbət nəticə verdiyi iddia olunur.
Məlumata görə, istintaq çərçivəsində məşhur simaların da olduğu 23 şübhəli barəsində prosessual tədbirlər görülüb. Bildirilib ki, sosial şəbəkələrdəki paylaşımlar, eləcə də texniki və fiziki müşahidə nəticəsində müxtəlif cinayət əməlləri ilə bağlı sübutlar əldə olunub.
Araşdırma zamanı şübhəlilərdən Məhkəmə-Tibbi Ekspertiza Qurumunda qan və saç nümunələri götürülüb.
İstintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 İyun 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















