Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Türkiyədə Ərdoğana çağırış edildi “Bakıya get”

Türkiyədə Ərdoğana çağırış edildi “Bakıya get”

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan - təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı olan addımlar barədə fikirlərimi çatdırmağa çalışıram”.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ deyib.

Partiya sədri bildirib ki, əgər xəbərdarlıqları zamanında diqqət alınıb lazımi addımlar atılsaydı, durumun bu nöqtəyə çatmasının qarşısı alına bilərdi və Ankara Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı olmadan Türk Dövlətləri Təşkilatının sammitini keçirmək məcburiyyətində qalmazdı:

“Amma edilən yanlışların düzəldilməsi üçün hələ də gec deyil. Azərbaycanda Türkiyənin Cümhuriyyəti Gününün coşqu ilə qeyd edilməsi və Azərbaycan Prezidentinin bu münasibətlə verdiyi mesajda Türkiyə-Azərbaycan strateji tərəfdaşlığına güclü vurğu etməsi Azərbaycan rəhbərliyinin Türkiyəyə təpkili olmadığını və danışıqlara açıq olduğunu göstərdi. Yenə Türk Dövlətləri Təşkilatının zirvəsində Prezident Ərdoğanın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova göstərdiyi səmimi münasibət və verilən səmimi mesajlar da yerində oldu. Xüsusilə Prezident Ərdoğanın “Türk dünyasının ailə fotosunda ayrılığa yer yoxdur, əzəldən əbədiyyətə qədər qardaşıq” sözü doğru və anlamlı mesaj idi.

Zatən, Türkiyə ilə Azərbaycan arasında qalıcı problemin olacağını düşünmək mümkün deyil. Bəzi konyunktur məsələlər, yanlış anlaşılmalar, yaxud fanatiklər tərəfindən verilən açıqlamaların şamı yatsıya qədər yanar. Türkiyə-Azərbaycan münasibətlərində gec-tez məntiq və qardaşlıq qalib gələcək. Amma bunun olması üçün hamımızın unutmamalı və dərs almalı olduğu bəzi önəmli məsələlər var.

Birincisi, Azərbaycanın qardaş olduğu qədər müstəqil ölkə olduğunu da dərk etməliyik. Azərbaycan öz daxili siyasətini özünün uyğun gördüyü şəkildə qurur. Xarici siyasətində də öz maraqları çərçivəsində istədiyi dövlətlə əməkdaşlıq etmək onun ən təbii haqqıdır. Biz Azərbaycanın dəyərini onun üçüncü ölkə ilə əməkdaşlığına görə müəyyən etməməliyik. Əksinə, üçüncü ölkələrin dəyərini Azərbaycanla münasibətlərinə görə müəyyən etməliyik.

İkincisi, Qarabağ zəfəri Azərbaycan xalqının və ordusunun zəfəridir. Azərbaycan əsgərinin bu zəfərdəki cəsarət və qəhrəmanlığı müasir dünya hərb tarixinə öz möhürünü vuracaq şəkildədir. Xüsusilə sıldırım qayaların əhatəsindəki Şuşanın azad edilməsi filmləşdirilməli olan epoxal qəhrəmanlıq hekayəsidir. AKP 24 illik iqtidarı dövründə ən doğru qərarlarından birini verərək, Qarabağ savaşında Azərbaycana qətiyyətli dəstək verdi. İndiyədək bundan fəxrlə danışıram. Zatən, bu, həm milli, həm də siyasi baxımdan sərgilənməli olan mövqe idi. Dolayısı ilə bu zəfərdə payımız varsa, bu, bizim üçün ancaq qürur vəsiləsidir. Azərbaycan xalqı və rəhbərliyi də zəfərin qürurunu Türkiyə ilə - bizlərlə - qardaşları ilə comərdcə paylaşdı. Zəfər bayramında Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da daşındı”.

Ümit Özdağ Azərbaycanla bağlı başqa bir maraqlı məqama da diqqət çəkib:

“Azərbaycan müharibədən sonra noyabrın 10-də qeyd edilməli olan Zəfər Gününü “Atatürkün vəfat günündə bayram olmaz” deyərək, noyabrın 8-nə keçirdi, Prezident Ərdoğanı da baş fəxri qonaq kimi qəbul elədilər. Bütün bunlar Azərbaycan xalqı və rəhbərliyinin zəfərin qazanılmasındakı dəstəyimizə təşəkkürünün ifadəsidir. Bundan artığını istəmək doğru da, ədalətli də deyil.

Üçüncü məsələ həm Azərbaycan, həm də digər türk cümhuriyyətləri ilə bağlı qiymətləndirmələrimizin dəyişməsi ilə bağlıdır. Təəssüf ki, Türkiyədə bununla bağlı qiymətləndirmələr zaman-zaman ancaq qardaşlıq məsələsi üzərində qalır. Azərbaycanın və digər türk ölkələrinin tarixlərini, siyasi düzənlərini, ictimai quruluşlarını və geosiyasi mövqe və bundan qaynaqlanan ehtiyaclarını bilmədən və nəzərə alınmadan edilən emosional dəyərləndirmələr bizi gerçəklərdən uzaqlaşdıra bilər. Hər bir türk cümhuriyyətinin geosiyasi gerçəyi bizimkindən fərqlidir. Dost-düşmən və təhdid qavrayışları, əməkdaşlıq ehtiyacları bir-birindən fərqlidir. Onların heç birinə “Sən niyə bu ölkə ilə əməkdaşlıq edirsən və ya etmirsən?” demək haqqımız yoxdur.

Dördüncü, Azərbaycan da daxil türk cümhuriyyətlərinin hamısı müstəqil və suveren ölkələrdir və milli qürurlarına bizim qədər düşkündür. Çünki onlar da bizim kimi türkdür. Bu baxımdan, türk cümhuriyyətlərinə baxışımıza sevgi və qardaşlıq duyğularına hörmət və anlayış duyğularını da əlavə etməliyik. Həmçinin xarici siyasətin ancaq duyğu çərçivəsində yox, rasional və qarşılıqlılıq təməlində idarə edilməsini də dərk etməliyik. Öz qardaşlarımızla da belə edirik”.

Partiya sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə təkcə eyni soydan gələn iki ölkə deyil, həm də geosiyasi olaraq bir-birini tamamlayan, uzunmüddətli maraqları müştərək olan iki dövlətdir:

“Bu səbəbdən Azərbaycanla münasibətlərimizin pozulmasına çalışanlar Türkiyənin də geosiyasi olaraq zəifləməsinə çalışırlar. Azərbaycan haqda mənfi düşünən birinin Türkiyə haqda müsbət düşünməsi mümkün deyil. Sosial şəbəkələrdə Azərbaycan əleyhinə yazanların, danışanların hesablarına baxın: bu insanların Türkiyə, cümhuriyyət və Atatürk haqda bir dənə də olsun, müsbət paylaşımı yoxdur və ola bilməz.

Azərbaycanla aramızda yaradılmaq istənilən nifaqa son qoymaq mümkündür, hətta heç çətin deyil. Bunun üçün Prezident Ərdoğan və Prezident Əliyev tərəfindən atılacaq bir neçə addım bəs edəcək. İlk növbədə, iki ölkə arasında nifaq yaratmağa çalışan şəxslər və sosial şəbəkə hesablarına qarşı hüquqi tədbirlər görülməlidir. Hər iki ölkənin rəhbərlikləri və parlamentlərindən qardaşlığımızı və strateji tərəfdaşlığımızı vurğulayan səmimi mesajların verilməsi aradakı incikliyin aradan qaldırılmasına imkan yaradacaq.

Prezident Ərdoğanın noyabrın 8-də Bakıda keçiriləcək Zəfər Günü tədbirlərində iştirak etmək üçün Azərbaycana gedərək, Azərbaycana dəstəyimizi və strateji müttəfiqliyimizi vurğulaması çox önəmlidir. “Azərbaycanın dünyadakı yeganə gerçək ailəsi türk dünyasıdır” deyən Prezident Əliyevin Prezident Ərdoğanı zəfər tədbirlərinə dəvət edəcəyinə inanıram.

Unutmayın: bir insanın Azərbaycana, Şimali Kipr Türk Cümhuriyyətinə və digər türk cümhuriyyətlərinə baxışı bir nəzarət mexanizmidir. Onlar haqqında pis danışanlar Türkiyənin və türk millətinin dostu ola bilməz. Azərbaycan bizim can qardaşımızdır və əbədiyyətə qədər elə qalacaq”./teleqraf

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Noyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri