Türkiyədə evə girən oğru dərman qutusunu salaraq iz qoydu
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Muğla şəhərinin Fethiye rayonunda oğurluq məqsədilə girdiyi evdə dərman qutusunu salaraq iz buraxan şübhəli saxlanılıb və barəsində həbs qərarı verilib.
Redaktor.az xəbər verir ki, Tuzla məhəlləsində yaşayan R.H-nin evindən 10 min lirə və 30 min lirə dəyərində qızılın oğurlandığı barədə məlumat alan polis əməkdaşları araşdırma aparıb.
Ərazidə aparılan baxış zamanı evdə ev sahibinə aid olmayan bir dərman qutusu tapılıb. Bu İzin ardınca hərəkət edən polis, şəhərdəki apteklərdə araşdırma apararaq V.T. adlı şəxsin həmin dərmanı, eləcə də maska və əlcək aldığını müəyyən edib.
Araşdırmalar nəticəsində saxlanılan V.T. çıxarıldığı məhkəmə tərəfindən həbs olunub.
Kənan YUSİF
Baxış sayı:64
Bu xəbər 07 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















