Türkiyədə hoteldəki dəhşətli yanğınla bağlı həbs edilən şəxslərin məhkəməsi başlayır
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Bu gün Türkiyənin Bolu şəhərində 78 nəfərin həyatını itirdiyi "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelindəki dəhşətli yanğınla bağlı açılan cinayət işi üzrə ilk məhkəmə iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, insidentlə əlaqədar təqsirli bilinən 32 nəfər hakim qarşısına çıxarılacaq.
Proses Bolu 1-ci Ağır Cinayətlər Məhkəməsində baş tutacaq. Ümumilikdə hadisə ilə əlaqədar 210 şikayətçi mövcuddur.
Qeyd edək ki, 2025-ci ilin yanvarın 21-də Boludakı "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş vermiş güclü yanğın nəticəsində 78 nəfər həyatını itirib, 133 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















