Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Türk dünyasının birliyindən danışırıq, amma Türkiyədə işlədilən bəzi terminlərlə uyğunlaşmaqdan çəkinirik. Onlar bir söz işlədir, biz isə mütləq başqa söz deməyə çalışırıq. Məsələn, onlar “toplum” deyirlər. Bu söz bizdə də var, amma biz “cəmiyyət” deyirik. Onlar “uluslararası” deyirlər, biz isə “beynəlxalq” deyirik. Ərəb mənşəli sözlərdən əl çəkə bilmirik.
Axar.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Asan TV-yə müsahibəsində deyib.
“Türkiyədə süni intellektə “yapay zəka” deyirlər. “Yapmaq” sözü bizdə də işlənir. Biz də bu ifadədən istifadə edə bilərik. “Süni” ərəb mənşəli sözdür, “intellekt” də bizə aid deyil. Yeni texnologiya üçün “intellekt” sözündən daha çox “zəka” anlayışı uyğundur. Mən “süni intellekt” yox, “süni ağıl” deyirəm. Ən azı “süni zəka” deyə bilərik. Niyə mütləq “süni intellekt” deməliyik?!
Süni zəka şairləri əvəz edə bilməz. O, söz ehtiyatına və mövcud məlumat bazasına söykənərək şeir yazır. Şair isə ruhu ilə daim düşünür, duyur və yaradır.
Mən özüm də süni zəkadan istifadə etmişəm.
Bir dəfə süni zəkadan soruşdum ki, milli ideologiya nədir. Cavabında yazdı ki, Sabir Rüstəmxanlı milli ideologiyaya ruh verən şəxsdir. Deməli, süni zəka məni tanıyır və fəaliyyətimi təhlil edə bilir”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 27 İyul 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















