Türkiyədə “İstanbul Sənət və Antik Əşya Fuarı” KEÇİRİLDİ FOTO/VİDEO Yeni Çağ Media
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İstanbulda təşkil olunan “İstanbul Sənət və Antik Əşya Fuarı”nda dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərləri, heykəlləri və digər sənət nümunələri nümayiş etdirilir.
Yenicag.az xəbər verir ki, Azərbaycan rəssamlarının, xüsusilə uşaq rəssamlarının əsərləri isə xüsusi maraq doğurub.
Sərgiyə rəhbərlik edən müəllimə Nigar Seyidova Baxşəliyevanın sözlərinə görə, 3-15 yaş arası azərbaycanlı kiçik rəssamların əl işləri Lütfi Kırdar Konqres və Sərgi Mərkəzində geniş auditoriyaya təqdim olunub. Bu əsərlər ziyarətçilər tərəfindən yüksək dəyərləndirilib.
Tədbirdə iştirak edən millət vəkili Tənzilə Rüstəmxanlı da bu cür beynəlxalq tədbirlərin Azərbaycanın gənc istedadlarının dünyada tanınması üçün vacib olduğunu vurğulayıb. O, xüsusilə sərgidə nümayiş etdirilən uşaq rəssamların işlərini yüksək qiymətləndirib.
Bildirilib ki, sərgidə Tənzilə Rüstəmxanlının nəvələri Mələk Rüstəmxanlı və Can Cəfərovun da əl işləri nümayiş etdirilir.
Məsimə Məmmədova
Samir Məcidov
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 16 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















