Türkiyədə meşə yanğınları törədənlər saxlanıldı
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç son iki gündə baş verən meşə yanğınlarını təşkil etməkdə şübhəli bilinən 17 nəfərin saxlanıldığını bildirib.
Axar.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkələrdə paylaşım edərək meşə yanğınlarından zərər çəkən vətəndaşlara dəstəyini ifadə edib.
Ədliyyə naziri qeyd edib ki, prokurorluq orqanları yanğınların səbəblərinin hərtərəfli araşdırılmasını davam etdirir.
Onun sözlərinə görə, genişmiqyaslı yanğınların yayıldığı əraziyə düşən Biləcik vilayətinin Gölpazarı rayonundakı həbsxanadan bütün əməkdaşlar və min nəfərdən çox məhkum təxliyə edilib.
Türkiyənin bir sıra vilayətlərində, o cümlədən Ankarada meşə yanğınlarına nəzarət tədbirləri gücləndirilib.
Baxış sayı:113
Bu xəbər 29 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















