Türkiyədə məşhur aktyor serialın çəkilişi zamanı saxlanıldı
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Türkiyənin "Ateş Denizi" serialının baş rolunu oynayan aktyor Erdem Kaynarca saxlanılıb.
Lent.az yerli KİV-nə istinadla xəbər verir ki, aktyor İstanbul prokurorluğunun apardığı narkotik araşdırmaları çərçivəsində istintaqa cəlb olunub.
İstanbulun Beykoz Kundura Fabrikində yerləşən çəkiliş meydançasına daxil olan polis əməkdaşları həmin vaxt səhnəsinə hazırlaşan Kaynarcanı karavandan çıxarıb. Daha sonra onun avtomobilində axtarış aparılıb. Axtarış zamanı hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməyib.
Serialda "Nezih" obrazını canlandıran aktyor şöbəyə aparılıb. Hadisədən sonra serialın çəkilişlərinə bir həftəlik fasilə verildiyi bildirilib. Erdem Kaynarcanın ifadəsi alınıb. Həmçinin ondan saç və qan nümunələri götürülüb. Bütün prosedurlar başa çatdıqdan sonra aktyor sərbəst buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 18 İyun 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















