Icma.az
close
up
RU
Türkiyədə növbədənkənar seçki olacaq? Ərdoğan namizəd olmasa, Azərbaycan…

Türkiyədə növbədənkənar seçki olacaq? Ərdoğan namizəd olmasa, Azərbaycan…

Manset saytına istinadən Icma.az xəbər verir.

Son günlər Türkiyədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair iddialar yayılıb. Bu iddialar daha çox Türkiyə müxalifətindən və müxalifətə bağlı media resursları üzərindən yayılır. Müxalifətin iddiası belədir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir dönəm də prezident seçilmək istəyir və buna görə konstitusiyanı dəyişdirmək, habelə kürd elektoratın dəstəyini almaq üçün "Öcalan kartı"nı irəli sürür.

Manset.az Globalinfo.az-a istinadən bildirir ki, AKP hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət müəyyən qrupları narazı salır. Xüsusilə Türkiyə daxilində buna dair etirazlar artmaqdadır. Bütün bunlara baxmayaraq, Türkiyədə bu tezlikdə növbədənkənar prezident seçkilərinin keçirilməsi inandırıcı deyil. Bunun ən önəmli səbəbi seçkilərin 2023-cü ildə keçirilməsidir. Bir çoxu indiki məqamda AKP-nin seçkiyə getmək istədiyini desə də, əslində, belə deyil. Bu daha çox CHP və digər müxalifətin istəyidir.

CHP-nin nüfuzu artmaqdadır. AKP belə bir zamanda seçkiyə çətin ki, getsin. Digər tərəfdən konstitusiyada dəyişiklik olmadan seçkinin baş tutması, daha doğrusu, Əroğdanın yenidən prezident seçilməsi mümkün deyil.

CHP hazırda xüsusilə aktivdir. Bu aktivlik təkcə ölkə daxilində deyil, həm də xaricdə müşahidə edilir. Misal üçün Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanı Əkrəm İmamoğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində Azərbaycana gəldi. Bundan başqa, CHP başqanı Özgür Özəl də Bakı ilə son zamanlar yaxınlaşıb.

AKP növbədənkənar seçkilərə hazırlıqsız getsə, CHP-yə və onun namizədinə məğlub ola bilər. Buna görə də AKP növbəti seçkiyə qədər hazırlıq görəcək, ya da konstitusiyanı dəyişdirməyə çalışacaq.

Türkiyədə növbədənkənar prezident seçkiləri qədər, bu seçkilərin ehtimal nəticəsinin Bakı-Ankara münasibətlərinə təsiri də diqqət çəkir. Qeyd etmək olar ki, Türkiyədə seçkilərin nəticəsi iki ölkə münasibətlərinə təsir etməyəcək. Məsələ ondadır ki, münasibətlər hansısa partiya ya da şəxsin üzərində deyil, çoxşaxəli sistem, habelə tarixi etnik bağlar əsasında qurulub. R.T.Ərdoğan və AKP dövrü münasibətlərin zirvə nöqtəsi olsa da, sonrasında münasibətlərin pozulacağını gözləmək sadəlövhlükdür.

Misal üçün, İsrail Prezidenti İshaq Hersoq COP29-da iştirak üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərini ləğv edib. Məlum olub ki, Türkiyə hökuməti Hersoqun Bakıya uçması üçün hava məkanından istifadəyə icazə verməyib. Suriya, İraq və İran üzərindən uçuşun təhlükəli olması da nəticə etibarilə planlaşdırılan səfərin ləğvinə səbəb olub.

Bu və bu kimi hallar belə iki ölkənin münasibətlərinə zərər vurmur. Tərəflər hər dəfə ortaq məxrəcə gələ bilir. Bu mənada sabah CHP ya da başqa bir partiya iqtidara gələrsə, Azərbaycan-Türkiyə münasibətləri pozulmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 19 Noyabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri