Türkiyədə seçki sorğusu: Hansı partiyaya səs verəcəksiniz?
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə siyasi partiyaların seçki reytinqini proqnozlaşdıran rəy sorğusu keçirilib.
“Cebheinfo.az”-ın məlumatına görə, sorğu “Betimar Research” sosioloji mərkəzi tərəfindən aparılıb.
“Əgər bu gün ümumi parlament seçkiləri olsaydı, hansı partiyaya səs verərdiniz?” sualına verilən cavablar seçici trendlərindəki dəyişikliyi üzə çıxarıb.
Sorğunun nəticələrinə görə, hakim “Ədalət və İnkişaf” partiyası səslərin 35,4 faizi ilə siyasi liderliyini qoruyub saxlayır.
“Yeni Partiya” səslərin 20,1 faizi ilə ikinci yerdə qərarlaşıb.Sorğunun nəticələrinə görə, üçüncü yeri “İYİ Partiya”tutub. Rəyi soruşulanların 9,3 faizi “İYİ Partiya”ya səs verəcəyini deyib.“DEM Partiya” isə 9,2 faiz səslə dördüncü sırada yer alıb.
Araşdırmada həmçinin, “Cumhur İttifaqı”nın tərəfdaşı olan MHP-nin reytinqinin 7,7 faiz civarında qaldığı, CHP-nin səs payının isə 5,3 faizə düşdüyü qeyd edilir. Digər partiyalar isə 3,6 faiz və aşağı göstərici ilə səs toplayıblar ki, bu da seçki barajını aşmaq üçün yetərli deyil.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 Sentyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















