Icma.az
close
up
RU
Türkiyədə səssiz çevriliş baş verir, həm iqtidara, həm də müxalifətə qarşı Hasan Oktay

Türkiyədə səssiz çevriliş baş verir, həm iqtidara, həm də müxalifətə qarşı Hasan Oktay

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu vəziyyət, eramızdan əvvəl baş vermiş Pirr qələbəsinə bənzəyir – hər iki tərəf ağır itkilər verib və bu qarşıdurmada qalib olmayacaq

İstanbulun meri Əkrəm İmamoğlu barəsində həbs-qətimkan tədbiri seçilib. Həmçinin o, vəzifəsindən azad edilib. İstanbulun meri korrupsiya istintaqı çərçivəsində “cinayətkar təşkilat yaratmaq”, “tenderi saxtalaşdırmaq” və “rüşvət almaq” ittihamları ilə günahlandırılır.

Qeyd edək ki, Əkrəm İmamoğlunun saxlanılmasından bir gün əvvəl, 18 may 2025-ci ildə İstanbul Universiteti onun dərəcəsini ləğv edib. Universitet bunu İmamoğlunun qanun pozuntularına yol verdiyi və bunun da onun növbəti prezident seçkilərində namizədliyini məhdudlaşdırdığı ilə əsaslandırıb. Bu qərar müxalifətin onu prezidentliyə namizəd kimi təqdim etməsinə bir neçə gün qalmış verilib və müxalifət dairələrində siyasi motivli addım, hüquq pozuntusu kimi dəyərləndirilib. İmamoğlunun saxlanılması ölkədə etirazlara səbəb olub. Hazırda Türkiyənin böyük şəhərlərində etiraz aksiyaları davam edir.


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, türkiyəli politoloq Hasan Oktay “Sherg.az”a müsahibəsində Türkiyədə həm iqtidara, həm də müxalifətə qarşı səssiz çevrilişin baş verdiyini bildirib: 



-Hasan bəy, İmamoğlunun həbsi ilə bağlı bəzi dairələr onun diplomunun ləğv edilməsi və saxlanılmasının siyasi motivli olduğunu iddia edir. Onlar bunun İmamoğlunun prezidentliyə namizədliyinin qarşısını almaq məqsədilə həyata keçirildiyini bildirirlər. Hətta Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Özgür Özəl bu barədə danışarkən “Növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə qarşı-qarşıyayıq” ifadəsini işlədib. Siz bu barədə nə düşünürsünüz?

- Türkiyədə səssiz çevriliş baş verir və bu çevriliş həm iqtidara, həm də müxalifətə qarşı yönəlib. Türkiyə Yaxın Şərq ölkələrinə – İrana, İraqa, Suriyaya, Livana və hətta İsrailə nümunə olmaq əvəzinə, belə bir çevrilişə cəhd etməklə Yaxın Şərqin çürük sistemini Türkiyəyə sırımağa çalışır. Bu, hökumət üçün də zərbədir, çünki hökumətin bir çox komponentləri zehni olaraq Yaxın Şərq dünyasına yaxındır və ölkənin idarəçiliyini bu sistemə uyğunlaşdırmaq istəyirlər. Lakin Türkiyənin 150 illik tarixi və əldə etdiyi nailiyyətlər Yaxın Şərqdən gələn bir modelə uyğun deyil. Əksinə, Türkiyə indiki sistemi ilə Yaxın Şərqə sülh və firavanlıq gətirə bilər və hazırda bu mübarizə gedir. Müxalifətə gəldikdə, CXP, xüsusilə son bələdiyyə seçkilərində birinci partiya olduqdan sonra prosesi idarə edə bilmədi. Prezident seçkilərindən üç il keçməsinə baxmayaraq, Əkrəm İmamoğlunun prezidentliyə namizəd elan edilməsinin iqtidarın müxalifətə qarşı bu əməliyyatı həyata keçirməsinə yol açdığı iddia olunur. Bu vəziyyət, eramızdan əvvəl baş vermiş Pirr qələbəsinə bənzəyir – hər iki tərəf ağır itkilər verib və bu qarşıdurmada qalib olmayacaq. Hakimiyyət bütün diqqətini Ərdoğana yönəldib və beynəlxalq arenada o, artıq diktator kimi təqdim olunur. Bu, kifayət qədər təhlükəlidir və Ərdoğana qarşı ədalətsizlikdir. Əkrəm İmamoğlunun diplomunun ləğvi isə tamamilə hüquqi nonsensdir və hökumətin ondan qorxduğunu göstərir. Bununla belə, prezident seçkilərində İmamoğlunun Ərdoğana qalib gəlmə şansı təxminən 30%-dir. Çünki Türkiyədə seçici profili və siyasi meyillər təxminən belə bölünür: 70% sağ millətçi-mühafizəkar, 30% sol sosial-demokrat və marksist. Bir tərəfdən iqtidar İmamoğlunun prezidentlik şansını əvvəlcədən aradan qaldırdığı üçün sevinir, digər tərəfdən isə hakimiyyət daxilindəki bəzi qruplar İmamoğlunun qalib gəlmə ehtimalından narahat olaraq, onu kənarlaşdırmağa çalışırlar. 


- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İmamoğlunun saxlanılmasına münasibət bildirərkən deyib: “Müxalifət – CXP, media və digər qurumlar korrupsiya və oğurluq ittihamlarına heç vaxt cavab vermir”. Hətta iddia edib ki, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəməyə öz partiyadaşları təqdim edib. Ərdoğanın bu fikirləri barədə nə deyə bilərsiniz?

- Ərdoğan, sələfi Abdullah Gülün zamanında da oxşar metodun ona qarşı tətbiq edildiyini nəzərə alaraq, bu məsələni mümkün qədər gündəmdən kənarda saxlamağa çalışır. Lakin bu proses Ədalət və İnkişaf Partiyasının (AKP) öz əleyhinə işləyən bir addım oldu. Müxalifət bloku isə öz daxilində birlik yarada bilmədi. Son CXP qurultayında ciddi korrupsiya halları yaşandı, Kamal Kılıçdaroğlu partiya sədrliyindən uzaqlaşdırıldı və Özgür Özəl seçildi. Bu, partiyada daxili parçalanma yaratdı və nəticədə bəzi qruplar İmamoğlunun məhkəməyə verilməsini və siyasi səhnədən uzaqlaşdırılmasını istəyirdilər.


- İstanbul merinin həbsi davam edən etiraz aksiyalarını daha da şiddətləndirə bilər? Bu etirazlara münasibətiniz necədir?

- Demokratik ölkələrdə kütləvi etirazlar vacibdir, lakin bu etirazlar hüquqi çərçivədə aparılmalıdır. Əks halda, gözlənilməz nəticələr doğura bilər. Bu baxımdan, təhlükəsizlik qüvvələri daha diqqətli olmalı və etirazçılar arasında təxribatçıların yerləşdirilməsinə imkan verməməlidirlər. Küçə nümayişləri demokratiyanın ayrılmaz hissəsidir. Hazırda Türkiyədə ciddi iqtisadi böhran yaşanır və İmamoğlu ilə bağlı hadisələrin iqtisadiyyata da mənfi təsir etdiyi müşahidə olunur.


- İmamoğlunun saxlanılmasından sonra Türkiyə valyutasında dalğalanmalar müşahidə olundu. Bu proseslər ölkə iqtisadiyyatına necə təsir edəcək? 

- Son on ildə Türkiyə ciddi iqtisadi problemlərlə üzləşib. Əvvəllər AKP hökumətində iqtisadiyyat naziri olmuş, hazırda isə "DEVA Partiyası"nı yaradan Əli Babacan dəfələrlə bu böhrandan danışıb. Hökumət iqtisadi problemlərin yaratdığı narazılığı azaltmaq üçün İmamoğlu əməliyyatına start verdi. Lakin bu hadisə Türkiyə iqtisadiyyatına ağır zərbə vurdu.


- Yaxın zamanda gündəmdə Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi müzakirə olunurdu. Əkrəm İmamoğlunun həbsinə Avropa dövlətləri və ABŞ-nin münasibəti necədir?

- Bu proseslər Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə də təsir edə bilər. Qərb ölkələri, xüsusilə ABŞ və Avropa dövlətləri İmamoğlunun həbsini sərt tənqid edirlər. Türkiyənin daxili siyasəti və bu hadisələr onun beynəlxalq nüfuzuna da ciddi təsir göstərə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see299

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see155

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see123

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see122

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see122

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see118

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see117

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see116

Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır

23 İyun 2025 20:31see114

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see114

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see113

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see113

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see113

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

24 İyun 2025 01:00see113

Mərkəzi Bank “Yelo Bank”a icrası məcburi sərəncam verib

23 İyun 2025 19:02see113

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see112

Super Liqa klubu “Zirə”nin futbolçusu ilə maraqlanır

23 İyun 2025 14:35see112

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see111

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see110

Simeone Atletiko nun qrupdan çıxmaq şansını dəyərləndirdi

23 İyun 2025 19:15see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri