Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.
Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, Bolu mərkəzinə yaxın olan Örencik, Okçular, İlıcakını və Çamyayla kəndlərindən ümumilikdə 80 nəfər xəstəxanaya müraciət edib. Xəstələr ishal, ürəkbulanması və kəskin qarın ağrılarından şikayətləniblər. Kütləvi zəhərlənmənin həmin kəndlərin su təchizatını həyata keçirən su kanalından qaynaqlandığı ehtimal edilir. Bolu vilayətinin Səhiyyə İdarəsinin əməkdaşları artıq sözügedən su kanalından su nümunələri götürərək, müayinəsi üçün laboratoriyaya göndərib.
Məsələ həllini tapana qədər sakinlərə müvəqqəti olaraq həmin su hövzəsindən istifadə etməmək tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 May 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















