Türkiyədə terror aktı törətməyə hazırlaşan xüsusi təlim keçmiş terrorçu həbs olunub AzPolitika onlayn siyasiictimai qəzet
Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) əməliyyatı nəticəsində PKK düşərgələrində xüsusi təlim keçmiş terrorçu Kadir Çelik saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Maoist Kommunist Partiyasının (MKP) üzvü olan “Savaş” kod adlı terrorçunun boz bülletenlə axtarıldığı və Türkiyədə böyük terror aktı törətməyə hazırlaşdığı bildirilib.
Baxış sayı:58
Mənbə:https://azpolitika.info