Icma.az
close
up
RU
Türkiyədə yaşayan jurnalist Bakıdakı evini əlindən almağa cəhd olunduğunu deyir: “Hakimdən ədalət istəyirəm, bu onun borcudur...”

Türkiyədə yaşayan jurnalist Bakıdakı evini əlindən almağa cəhd olunduğunu deyir: “Hakimdən ədalət istəyirəm, bu onun borcudur...”

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Yaqut Misirxanlı Bakıda ona məxsus mənzili əlindən almağa cəhd göstərildiyini deyir. Onun sözlərinə görə, 4 il əvvəl notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə əldə etdiyi mənzilə iddia edən başqa biri ortaya çıxıb. Bununla bağlı hazırda məhkəmə prosesi gedir.

Yaqut Misirxanlı başına gələnlər barədə Bizimyol.info xəbər portalına ətraflı məlumat verərək bildirib ki, Bakı şəhəri, Yasamal rayonu, 9-cu keçid, ev 14/3 ünvanında yerləşən mənzili 2021-ci ilin mayında alıb: “Alqı-satqıdan sonra həmin ünvana pasport qeydiyyatına da düşdüm. Mənzil İstismar Sahəsindən arayış aldım, gedib ASAN Xidmət-də evin kommunal xidmətlərini – qaz, su, işığı öz adıma rəsmiləşdirdim. Özüm 6-7 ay orada yaşadım. Türkiyəyə qayıdanda başqa bir tanışıma verdim ki, müvəqqəti yaşasın. Çünki evdə yaşayış olmayanda rütubətdən nəm çəkir”.

Yaqut Misirxanlının dediyinə görə, 2023-cü ilin noyabrında evində yaşayan tanışı ona sənəd göndərib. Məlum olub ki, evinə aid məhkəmə qərarıdır: “Mən evi Təranə Məmmədlidən almışam. O isə həmin həyətdə yaşayan Cavid Əliyevdən alıb. Cavid Əliyev evi Təranə Məmmədliyə satanda ora demək olar ki, zibillikdən ibarət bir daxma olub. Təranə xanımın həyat yoldaşı Elşən Məmmədli 2020-ci ildə oranı alıb, təmizləyib, təmir elətdirib, 2021-ci ildə qayda-qanunla mənə satıblar. İndi isə Anabəyim Hüseynova adlı şəxs ortaya çıxıb ki, yox, o ev mənimdir, 2003-cü ildə Cavid Əliyevin anasına 2700 dollar borc verib. Pulun qayıtmayan hissəsinin əvəzində bu ev ona verilib. Notarial qaydada müqavilə bağlayıblar ki, pulun əvəzində həyətdən sənə 25 kvadrat ev verəcəm. O həyətdə ev çoxdur. Müqavilədə göstərilməyib ki, hansı evi verəcək? Hansı əsasla məhz mənim evim? Bununla bağlı heç bir sübut-dəlil yoxdur. Qadın iddia edir ki, “o vaxt bu evi demişdi”. Bu, sadəcə sözdür. Mən də gedib barmağımı kimində evinə uzadıb deyə bilərəm ki, bu evi mənə vermişdilər. Mənim sözüm konstitusiya deyil, qanun deyil, sübut olmalıdır”.

Yaqut Misirxanlının sözlərinə görə, Anabəyim Hüseynova əvvəl Cavid Əliyevi anasının varisi kimi məhkəməyə verib. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun əleyhinə qərar çıxarıb. Lakin Ali Məhkəmə işi geri – apellyasiya məhkəməsinə geri qaytararaq, yenidən araşdırılması istənilib. Apellyasiya Məhkəməsində ikinci araşdırmada isə onun iddiası təmin olunub – Yaqut Misirxanlının mənzilinin boşaldılmasına qərar verilib.

Bu dəfə Yaqut Misirxanlının vəkili Yaqub Məmmədli bu qərardan Ali Məhkəməyə şikayət verib: “Ali Məhkəmə bu dəfə qərar verdi ki, mən vərəsə olmadığım üçün evimin boşaldılması doğru deyil. Bundan sonra Anabəyim Hüseynova mənzili almağım barədə Təranə Məmmədli ilə bağladığım alqı-satqı müqaviləsinin ləğvi üçün məhkəmədə iddia qaldırdı. Həm mənim alqı-satqı müqaviləmin, həm də məndən əvvəl Təranə Məmmədlinin həmin mənzili Cavid Əliyevdən alması barədə müqavilənin ləğvi üçün. Bu iddiaya da 2024-cü ilin sentyabrında Yasamal Rayon Məhkəməsində baxıldı. Çox təəssüf edirəm ki, hakim Fariz Əlizadə lazımi araşdırma aparmadan onun iddiasını təmin etdi. Bu adam deyir ki, 2015-ci ilə qədər o həyətdə yaşayıb. Bunun sübutu hanı? Qonşular bunu inkar edir. Onlar da şahidlik edir ki, bu adam orada yaşamayıb. Sadəcə, söküntü zonasıdır deyə, vaxtı gələndə pul almaq üçün qeydiyyata düşüb. Çünki əvvəllər qeydiyyat üzrə pul verirdilər. Sonra vəziyyət dəyişdi, dedilər ki, evini göstər, kvadrat metrə görə pul verək. 2015-ci ilə qədər orada yaşayan adam kommunal xidmətlərdən istifadə edər. Hanı bunun sübutu? Əgər ora Anabəyim Hüseynovanın idisə, Mənzil istismar Sahəsi mənə necə arayış verib? Oranın rəisi də təsdiqləyir ki, Yaqut Misirxanlını tanıyırıq”.

Yasamal Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyilə baxılır. Yaqut Misirxanlı deyir ki, qarşı tərəf elektron məhkəmə sisteminə kommunal xidmətlərdən istifadə ilə bağlı sənəd yerləşdirib: “Biz sübut istəmişdik ki, əgər orada yaşayıbsa, kommunal xidmətlərdən istifadə ilə bağlı sübut qoysun ortaya. Bir sənəd yerləşdiriblər sistemə. Araşdıranda məlum oldu ki, başqa ünvana aid sənədddir. Aprelin 18-də növbəti məhkəmə iclasıdır, yerli baxış keçirilməsi nəzərdə tutulub. Şəxsən mən hakim Cəmilə Musayevanın tərəf tutmasını yox, ondan ədalət istəyirəm. Bu, onun borcudur. Məhkəmə ədalətli olmalıdır”.

Anabəyim Hüseynova isə bildirir ki, mübahisəli mənzili 2003-cü ildə Gülzar Əliyevadan alıb və 2015-ci ilədək orada yaşayıb. Onun sözlərinə görə, Gülzar Əliyeva dünyasını dəyişəndən sonra mənzil Yaqut Misirxanlıya satılıb. Lakin o, evin necə satılmasından xəbərsiz olduğunu söyləyir: “Yaqut Misirxanlı evin qapısını dəyişib”.

Anabəyim Hüseynova əlavə edib ki, mənzilin kommunal xidmətləri onun adınadır.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri