Türkiyədə zəlzələ zamanı həbsxanadan qaçan şəxs atasının evindəki gizli yerdə ələ keçdi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Van bölgəsində 2011-ci ildə baş verən zəlzələ zamanı həbsxanadan qaçan 50 yaşlı kişi atasının evindəki gizli yerdə ələ keçirilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, həbsxanada saxlanılan şəxs 23 oktyabr 2011-ci ildə Vanda baş verən 7,2 bal gücündə zəlzələ zamanı oradan qaçıb. O zaman aparılan araşdırmalar nəticəsiz qalıb və onu tapmaq mümkün olmayıb.
Polis qaçan şəxsin Gürpınar rayonunun Akbulut məhəlləsində olduğunu müəyyən edib. Məhəlləyə basqın edən qruplar onu atasının evində düzəltdiyi gizli yerdə ələ keçirib. Barəsində "Narkotik ticarəti və tədarükü" maddəsi üzrə 15 il həbs cəzası və 30 min Türkiyə lirəsi pul cəzası təyin olunub və həbsxanaya təhvil verilib.
Baxış sayı:121
Bu xəbər 29 Mart 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















