Icma.az
close
up
RU
Türkiyədəki “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının üzvləri mükafatlandılıb

Türkiyədəki “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının üzvləri mükafatlandılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 30 yanvar, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı və Dərnəyi milli rəqslərimizin təbliği məqsədilə mühüm layihələr həyata keçirir. Bu ilin əvvəlindən sözügedən ansamblın adı dəyişdirilərək “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı- Dərnəyi adlanır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizin incəsənəti, rəqs sənətinin təbliği məqsədilə mərkəzin nəzdində təşkil edilmiş ansamblının ötən müddət ərzində Türkiyənin paytaxtı və bölgələrində keçirilən beynəlxalq mədəniyyət festivalları, habelə “Azərbaycan incəsənəti günü”rində yüksək səviyyədə çıxış etdiklərini söyləyərək, bu təqdimatların yerli tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılandığını qeyd edib.

Daha sonra ansamblının bədii rəhbəri və üzvlərinə Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanlarını təqdim edilib.

Ansamblın bədii rəhbəri Gülçöhrə Sanqu çıxışında zəngin Azərbaycan mədəniyyətinin, rəqs sənətinin Türkiyədə təbliğindən fəxr hissi keçirdiklərini qeyd edərək, qardaş ölkədə milli rəqslərimizə marağın günü-gündən artdığını və “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı - Dərnəyinin sıralarının genişləndiyini qeyd edib.

O, yaradılan şərait görə Azərbaycan dövlətinə təşəkkür edib, gələcəkdə də milli rəqslərimizi geniş təbliğ edəcəklərini bildirib.

Qeyd edək ki, Ankarada Kızılay bölgəsində Çalışma salonunda fəaliyyət göstərən ansambl milli rəqslərimizin təbliği məqsədilə mühüm layihələr həyata keçirir.

Dərnək həftədə üç dəfə məşğələlər keçirir, yerli azərbaycanlılarla yanaşı, Türkiyə vətəndaşları da bu məşğələlərdə iştirak edərək Azərbaycan milli rəqs sənətinin sirlərini öyrənirlər. Dərnəyin fəal üzvləri isə ansamblın əsas heyətini təşkil edirlər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri