Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 5 may, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə milli mədəniyyətimizi təbliğ istiqamətində “Tanınmış azərbaycanlıların izi ilə” adlı layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, sözügedən layihə çərçivəsində Türkiyənin “TİVİ 6” televiziya proqramının Azərbaycanın zəngin mədəniyyətinin Türkiyədə tanıdılması istiqamətində fəaliyyət göstərən “Zəngəzur” - Azərbaycan Xalq Rəqsləri Ansamblı, onun rəhbəri, Türkiyədə milli mədəniyyətimizi və rəqs sənətimizi tanıdan xoreoqraf Gülçöhrə Sangu, habelə milli musiqi alətimiz olan tar ustası, sənətçi Abdulla Qurbani qonağı olublar.
“Buketin Penceresinden” adlı teleproqramda Azərbaycanın təkrarsız mədəniyyəti, onun qardaş Türkiyədə təbliği istiqamətində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən reallaşdırılan layihələr, milli mətbəximiz, rəqslərimiz haqqında söhbətlər olmuş və geniş məlumat verilib.
Televiziya verilişində “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının çıxışları, Abdulla Qurbaninin rəhbərlik etdiyi “Buta Baku” instrumental ansamblının milli musiqili əsərlərindən ibarət ifaları səsləndirilib və maraqlı təqdimatlar nümayiş etdirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















