Icma.az
close
up
RU
Türkiyədən 6 qollu qələbə

Türkiyədən 6 qollu qələbə

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-nın seçmə mərhələsində E qrupunda mübarizə aparan Türkiyə yığması üçün 3-cü tur uğurlu alındı.

"Football-plus.az" xəbər verir ki, səfərdə qrupun ən zəif bəndi kimi görünən Bolqarıstanla qarşılaşan qardaş ölkənin komandası rahat şəkildə aktivinə 3 xal yazdı. Arda Gülərin erkən qoluna meydan sahibləri tez cavab verdilər və tərəflər fasiləyə bərabərliklə yollandılar. Amma ikinci hissədə Türkiyə daha 5 qol vuraraq rəqibini 6:1 hesabı ilə parçaladı.
Dubl edən Kənan Yıldız 20 yaş 160 günlüyündə Türkiyə yığmasının tarixində səfər oyununda iki qol vuran ən gənc futbolçu oldu. Digər qolları Zəki Çəlik və İrfan Can Kahveci vurdusa, daha bir qol Popovun avtoqolu sayəsində vuruldu. Türkiyə DÇ-nin seçmə mərhələlərində son 20 ildə səfərdəki ən böyükhesablı qələbəsini qazandı. 2005-ci ildə ''ay-ulduzlular'' DÇ-2006-nın seçmə mərhələsində səfərdə Qazaxıstanı 6:0 hesabı ilə yenmişdilər.
Maraqlıdı ki, bu görüşə qədər Türkiyə tarixi boyu Bolqarıstana qarşı səfərdə keçirdiyi 10 oyunun hamısında qələbəyə həsrət qalmışdı (3 heç-heçə, 7 məğlubiyyət)!
Matçı iki məhsuldar ötürmə ilə tamamlayan Hakan Çalhanoğlunun yığma komandada 100 oyun həddinə çatan 6-cı futbolçu olduğunu da bildirək. O, bu göstəricidə Arda Turanı yaxaladı və indi yalnız Əmrə Belözoğlu (101), Bülənt Korkmaz (102), Hakan Şükür (112) və Rüştü Rəçbərdən (120) geri qalır. Qrupda 3-cü oyunda 2-ci qələbəsini qazanan Türkiyə xalını 6-ya yüksəltdi.
Bu tur Gürcüstanı məğlub edən İspaniya 9 xalla liderdi. Aktivində 3 xal olan və 3-cü pillədə qərarlaşan Gürcüstan oktyabrın 14-də Türkiyənin qonağı olacaq. Qrupda ikinci pillənin taleyi məhz bu oyunda həll olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Oktyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri