Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Türkiyədən gələn TÜMER nümayəndələri Şərq qəzetində olub

Türkiyədən gələn TÜMER nümayəndələri Şərq qəzetində olub

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Milli şüurun yaşadılması üçün yeni layihələr planlaşdırılır

Türkiyədə yaşayan tanınmış jurnalist, yazar, tərcüməçi Oqtay Hacımusalı, Türk Strateji Düşünmə Mərkəzinin (TÜMER) sədri Onur Beyhan və TÜMER-in İdarə Heyətinin üzvləri - Emirhan Kürşat Adam, Batuhan Topçınar, Batuhan Genç və Eyüp Kızqır "Şərq"i ziyarət ediblər. Qonaqları məmnunluqla qarşılayan "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədri, Akif Aşırlı ilk növbədə Türk Ocağının fəaliyyəti barədə ümumi məlumat verib. 



A.Aşırlı Azərbaycan Türk Ocaqlarının bərpasından və ötən illər ərzində görülən mühüm işlərdən söz açıb. Həmçinin, gələcək planlardan bəhs edib. Azərbaycan Türk Ocaqlarının sədri bildirib ki, 1911-ci ildə Türkiyənin parçalanması prosesinin qarşısını almağa şalışan  190-a yaxın tibb tələbəsinin israrlı tələbi üzərinə türk ziyalıları bir araya gəldi və İstanbulda və 1912-ci ildə İstanbulda “Türk Ocağı” quruldu. Qeyd olunub ki, Ocağın qurucuları çağdaş Türkiyənin qurulmasında mühüm rol oynadılar. Eyni zamanda milli ruhun diri tutulmasında iştirak ediblər: "Türkiyə Türk Ocaqlarının qurulmasında Azərbaycan türkləri iştirak ediblər. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və s. Azərbaycanda isə 1918-ci ildə, Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra, sentyabrın 18-də ziyalı türkçülər hökumətə müraciət ediblər ki, Azərbaycanda Türk Ocağı yaradılsın. Azərbaycan Türk Ocağı o zaman indiki Konstitusiya Məhkəməsinin binasında yerləşib və iki il ərzində fasilərlə fəaliyyət göstərib. Türkiyə Türk Ocaqlarına bağlıyıq, yəni onların Azərbaycan təmsilçisi olaraq qeyri-hökumət təşkilatı kimi çalışırıq. Türk dünyası ilə bağlı müxtəlif önəmli mövzularda, mühüm şəxslərlə bağlı konfranslar təşkil edirik, kitablar nəşr edirik. Məqsədimiz bu bölgədə türkçülüyü, milli şüuru ayaqda tutmaqdır".



A.Aşırlı bildirib ki, Azərbaycan Türk Ocağı siyasət üstü bir qurum olduğuna görə, siyasətlə məşğul olmur: "Daha çox mədəni fəaliyyətlə məşğuluq. Milli şüura və milli amala uyğun davranırıq. 2018-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində fəaliyyətə başladıq. Ədliyyə Nazirliyində müstəqil qurum kimi qeydiyyata alınmışıq. Ötən illərdə Əhməd Cavadla bağlı Türkiyədə, Azərbaycanın müxtəlif bölgələrində konfranslar keçirtdik. Əhməd Cavad Azərbaycan Türk Ocağının qurucularından biri, türk dünyasının böyük şairlərindəndir. Dövlət himnimizin müəllifi olmaqla yanaşı, məşhur "Çırpınırdı Qara dəniz"in də müəllifidir. Türkiyənin ilk hüquq vəkili olmuş Sürəyya Ağaoğlunun fəaliyyəti barədə Türkiyə və Azərbaycanda simpozium təşkil etmişik, kitab nəşr etmişik". 


Türk Strateji Düşünmə Mərkəzinin (TÜMER) sədri Onur Beyhan rəhbərlik etdiyi və yenicə təsis olunmuş qurumun fəaliyyət istiqamətindən, təşkilatın mahiyyətindən danışıb: "2-3 il əvvəldən belə bir ideyanı reallaşdırmağı düşünürdüm. Bu təşkilatı təsis edərkən, quruluş açıqlamamızda bəyan etdik ki, biz bu ruhu və gücün Türk Ocaqlarının qurulmasına vəsilə olmuş 190 tibb tələbəsindən aldıq. Ümumən, dünyadakı düşüncə mərkəzləri adətən orta yaş və ondan yuxarı yaşlı bürokratlar, siyasətçilər, təqaüd yaşına gəlmiş şəxslər tərəfindən təsis olunur, idarə edilir və s. Dedik ki, yüz il öncə 190 tələbə, gənc türk aydınları mühüm bir təşəbbüslə çıxış ediblər. Türk ziyalılarına çağırış ediblər ki, gəlin, Türk Ocaqlarına sahib çıxın. Ətrafımızda hüqüqşünas, mühəndis, türkoloq, iqtisadçı və s. peşə sahibləri var. Qərara aldıq ki, türk şüurlu gənclərimizi bir araya gətirək, düşüncə mərkəzi quraq və idarəetmədə də gənclər təmsil olunsun, yaşlılar yox. Bu şüarla yola çıxdıq. Yüz il öncə 190 tibb tələbəsinin göstərdiyi cəsarət bizim üçün örnək olmalıdır. O zaman türklük ciddi anlamda təhlükədə idi. Bizim də məqsədimiz türk dünyasının birliyinə xidmət edəcək, gənc və dinamik bir mərkəz formalaşdırmaqdır. Yeni bir təşkilat qurulduqda dövlət ənənəsinə uyğun olaraq ilk növbədə qardaş ölkələr ziyarət edilir".

Akif Aşırlı Azərbaycan Türk Ocağına dair tarixi sənədlərlə qonaqları tanış edib. Həmçinin, nəşr olunmuş kitabları ziyarətçilərə hədiyyə edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri