Icma.az
close
up
RU
TÜRKİYƏDƏN GÖZLƏNİLMƏZ SURİYA HƏMLƏSİ... Ərdoğan kimlərə dərs verir? + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

TÜRKİYƏDƏN GÖZLƏNİLMƏZ SURİYA HƏMLƏSİ... Ərdoğan kimlərə dərs verir? + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Dünyanın başı Rusiya-Ukrayna və İsrail-İran qarşıdurmalarına qarışarkən Suriyada gözlənilməz hadisələr yaşanmaqdadır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SNA) Suriyanın şimalında eyni zamanda həm PKK terror təşkilatına, həm də Rusiyanın dəstəklədiyi Bəşər Əsəd qüvvələrinə qarşı genişmiqyaslı hücuma keçib. Əsasın Suriyanın Türkiyə ilə sərhəd ərazilərində yaşayan türkmənlərin toplaşdığı müxalif qüvvələr artıq Təl-Rifat şəhərinin şimalına ağır zirehli texnika və döyüşçülər toplayıb.

Eyni zamanda, qruplaşma strateji əhəmiyyətli Hələb şəhərinə hücum əməliyyatı təşkil edib və şəhərin bir hissəsini nəzarətə götürüb. Bu əməliyyatı Suriya Milli Ordusunun bütün qanadlarının dəstəklədiyi bildirilir. Beləliklə də müxalif qüvvələrin Türkiyənin artilleriya dəstəyi ilə Əsəd rejimi qüvvələrinə qarşı böyük cəbhə açdığı barədə məlumatlar daxil olmaqdadır.


Bu arada döyüş mövqelərindən qaçan Rusiya xüsusi təyinatlıları Menaq aviabazasından, Təl-Rifat və Hələb şəhərlərindən təxliyə edilib.

Suriya müxalifətinin hücumunun miqyası isə getdikcə artır. Artıq onların Hələbin qərbinə tam nəzarət etdiyi deyilir və bu barədə sosial şəbəkələrdə videogörünrtülər yayılır. Suriya müxalifət qrupları Hələb vilayətinin bütün qərb hissəsinin azad edildiyini rəsmən elan ediblər. Beləliklə, cəmi 48 saat ərzində Bəşər Əsəd 50-dən çox yaşayış məntəqəsini və 15 hərbi keçid məntəqəsini itirib.

Müxalif qüvvələr eyni zamanda, M-5 magistralını (İran sərhədlərindən Dəməşqə qədər uzanan mərkəzi avtomobil yolu) nəzarətə götürüb.


Təbii ki, bu gözlənilməz uğurlu həmlənin hansı səbəbdən həyata keçirildiyi və bunun arxasında nələrin durduğu barədə suallar yaranır. Xarici mediaya danışan “New Lines” Strategiya və Siyasət İnstitutunun analitiki Nik Heras bildirib ki, üsyançılar “Hələb bölgəsində Suriya hərbi kampaniyasının qarşısını almağa çalışırlar”. Belə ki, Rusiya və Suriya hökumətinin üsyançı bölgələrə qarşı hava hücumları hazırlanırdı. Bu baxımdan müxalif qüvələrin hərəkatı qabaqlayıcı xarakter daşıyır.

Herasın dediyinə görə, Türkiyənin dəstəklədiyi qrupların hücuma qoşulması ilə "Ankara həm Dəməşqə, həm də Moskvaya Suriyanın şimal-qərbindəki hərbi səylərdən əl çəkməsi üçün siqnal göndərir".

Bu arada İranın və Rusyanın dəstəklədiyi Əsəd rejimi üçün vəziyyət getdikcə pisləşir. Suriyanın baş arteriyası sayılan M-5 yolunun nəzarətdən çıxması Əsəd üçün hərbi, siyasi və infrastruktur baxımından olduqca təhlükəli durum yaradır. Buna görə onun təcili olaraq Moskvaya yollandığı barədə məlumatlar yayılıb.


Türkiyəyə gəlincə, rəsmi Ankara özünün geosiyasi maraqları olan bu bölgədə vəziyyətin nəzarət altında olmasında və Türkiyədəki milyonlarla suriyalı qaçqının geri qaytarılmasında maraqlıdır. Həmçinin, bəzi analitiklərin dediyi kimi, görünür, Əsəd himayədarı Moskva il birgə əvvələr Türkiyə ilə əldə olunmuş razılıqları pozmağa çalışıb və bu da adekvat reaksiya ilə qarşılanıb.

Bu iddiaların doğru olub-olmadığı barədə nəsə demək çətindir. Amma hər halda, hadisələrin bundan sonrakı gedişi, müxalif qüvvələrin nə qədər irəliləyə biləcəyi həyacanla gözlənilir. Bu baxımdan yaxın zamanda Ankaranıln planlarının nə dərəcədə özünü doğruldacağı aydın olacaq.

C.Məmmədov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Noyabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri