Türkiyədəsilahlı insident olub, ölən və xəsarət alanlar var
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Türkiyənin Sakarya vilayətinin Erenler rayonunda iki ailədən olan 6 nəfər arasında silahlı insident olub.
Sfera.az istinadən xəbər verir ki, insident zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb.
Qeyd edilir ki, Ekinli məhəlləsində küçədə əvvəllər mübahisə edən iki ailədən olan 6 nəfər arasında silahlı qarşıdurma baş verib.
Hadisə yerinə təcili yardım və tibb və jandarm əməkdaşları cəlb edilib. Xəsarət alan 4 nəfər təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, onlardan ikisi aldıqları xəsarətlərdən ölüblər.
Yaralılardan daha birinin vəziyyətinin ağır olduğu, digərinin isə həyatı üçün təhlükənin olmadığı bildirilir.
Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirən jandarm əməkdaşları, hadisə yerindən qaçan iki şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb. (Report.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 Avqust 2025 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















