Icma.az
close
up
RU
Türkiyəli ekspert: Beynəlxalq hüquq Qərbi Azərbaycana qayıdış haqqını birmənalı olaraq dəstəkləyir

Türkiyəli ekspert: Beynəlxalq hüquq Qərbi Azərbaycana qayıdış haqqını birmənalı olaraq dəstəkləyir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 18 aprel, AZƏRTAC

Beynəlxalq hüquq deportasiya edilmiş və zorla qovulmuş insanların öz tarixi torpaqlarına qayıtmaq hüququnu açıq şəkildə tanıyır. Qərbi Azərbaycandan qovulmuş yüz minlərlə azərbaycanlı bu hüquqdan yararlana bilər və istifadə etməlidir.

Bu sözləri Yıldız Texniki Universitetinin Siyasət və beynəlxalq əlaqələr kafedrasının müdiri, professor Mehmet Akif Okur Ankarada AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, tarix boyu, o cümlədən nisbətən yaxın keçmişdə insanların tarixi yaşayış yerlərinə qayıtması halları olub. “Məsələn, Balkan yarımadasında serb qoşunlarının təhlükəsi ilə evlərini tərk edən bosniyalılar son nəticədə beynəlxalq ictimaiyyətin müdaxiləsi sayəsində öz torpaqlarına qayıdıblar”, - deyə universitet professoru bildirib.

O, müasir beynəlxalq münasibətlər sisteminin formalaşmasından, BMT strukturlarının yaradılmasından əvvəl və sonra dünyanın müxtəlif yerlərində insanların tarixi torpaqlardan qovulması faktlarının qeydə alındığını diqqətə çatdırıb. Professor əlavə edib ki, deportasiya dalğaları ilə üzləşmiş Qərbi Azərbaycanın tarixi əhalisinin taleyi bunun bariz nümunəsidir.

Ekspert vurğulayıb ki, insanların öz tarixi torpaqlarına qayıtmaq hüququ istənilən dövlətin iradəsindən üstündür. “Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun olaraq BMT tərəfindən tanınır”, - deyən professor qeyd edib ki, vətəndaşlığın olması faktı Ermənistan hakimiyyətinin deportasiya olunmuş insanları geri qaytarmaqdan imtina etməsi üçün əsas ola bilməz.

Mehmet Akif Okur bildirib ki, Qərbi Azərbaycandan olan insanlar həm fərdi, həm də İcma vasitəsilə öz hüquqlarının bərpasını tələb edə bilərlər. Eyni zamanda, dövlət də deportasiya edilmiş insanların tarixi hüquqlarının bərpası tələblərinə dəstək verə bilər. “Bu məsələ həm BMT Baş Assambleyası səviyyəsində, həm də beynəlxalq məhkəmə orqanları çərçivəsində qaldırıla bilər ki, bu, hüquqları pozulmuş bütün xalqlar üçün nümunəyə və ümid mənbəyinə çevriləcək”, -deyə ekspert qeyd edib.

Professor həm Azərbaycanın, həm də Ermənistanın tərəfdaşı olduğu beynəlxalq sənədlərin mövcudluğuna da diqqət çəkib. O belə bir qənaətini bölüşüb: “Məsələn, həm Bakı, həm də İrəvan BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Bəyannaməsini və bir sıra digər sənədləri dəstəkləyib. Azərbaycanlılara qarşı cinayətlərin bir hissəsinin bu sənədlərin qəbulundan əvvəl törədildiyi barədə iddialar heç bir çərçivəyə sığmır. Fundamental insan hüquqlarının müddəti yoxdur. Həmin kontekstdə Azərbaycanın bu beynəlxalq sənədlərdən uzaqlaşması yolu ilə azərbaycanlılar Qərbi Azərbaycan məsələsinin ədalətli həllinə nail ola bilərlər”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see246

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see174

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see144

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see143

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see141

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri