Icma.az
close
up
RU
Türkiyəli ekspert: Qərbi Azərbaycana qayıdış Ermənistanın inkişafına təkan verəcək

Türkiyəli ekspert: Qərbi Azərbaycana qayıdış Ermənistanın inkişafına təkan verəcək

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 24 iyun, AZƏRTAC

Müasir Ermənistan tarixən türklərin məskunlaşdığı ərazilərində yaradılmış süni bir qurumdur. Bu torpaqlar Səlcuq imperiyası dövründən başlayaraq türk hökmdarlarının nəzarəti altında olub.

AZƏRTAC xəbər verir ki, bu fikri Kappadokiya Universiteti (Nevşehir) və Ankara Böhran Vəziyyətlərinin Araşdırılması və Siyasət Mərkəzinin (ANKASAM) təşəbbüsü ilə həyata keçirilən “Qərbi Azərbaycanın son min ili” layihəsi çərçivəsində Qarsdakı Qafqaz Universitetinin professoru Oktay Kızılkaya ifadə edib.

O qeyd edib ki, ermənilər əsrlər boyu Qərbi Azərbaycan ərazilərində azlıq təşkil ediblər və bunu çoxsaylı tarixi mənbələr də təsdiq edir. “Ermənilər öz maraqlarını qorumaq üçün tarix boyu güclü dövlətə xidmət ediblər. Regionda ermənilərin fəal iştirakı ilə heç bir siyasi və hərbi proses qeydə alınmayıb”, -deyə Qafqaz Universitetinin müəllimi bildirib.

Onun sözlərinə görə, müasir Ermənistan ərazisində ermənilərin sayının artması bu torpaqların Rusiya imperiyasının nəzarətində olduğu dövrlə, daha dəqiq desək, 1774-cü il Kiçik Qaynarca sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələ ilə bağlıdır.

Professor diqqətə çatdırıb ki, ermənilərin müasir Ermənistan ərazisinə köçürülməsi XIX əsrin 20-ci illərinin sonlarından - növbəti Rusiya-Türkiyə müharibəsindən sonra intensivləşib. “Rusiya başa düşdü ki, Qərbi Azərbaycana nəzarət olmadan Anadoluya və İrana çıxışı təmin etmək, son nəticədə “İsti dənizlərə” də “pəncərə açmaq” mümkün deyil. Ruslar erməniləri öz maraqlarını təmin etmək üçün alət hesab edirdilər. Məhz buna görə də Cənubi Qafqazın etnik xəritəsinin dəyişdirilməsi və süni şəkildə Ermənistan dövlətinin yaradılması siyasəti həyata keçirildi”.

Ekspert əlavə edib ki, Rusiya imperiyasının bütün səylərinə baxmayaraq, ermənilər uzun müddət Qərbi Azərbaycan ərazisində çoxluq təşkil edə bilməyib. Bunu 1909-cu ilin statistik məlumatları da sübut edir. Buradakı rəqəmlərə əsasən, həmin ərazilərdə əhalinin 54,2 faizini etnik azərbaycanlılar təşkil edirdi.

Türkiyəli professor diqqətə çatdırıb ki, İrəvan şəhərinin özü 1404-cü ildə bölgənin ticarət mərkəzlərindən biri kimi türklər tərəfindən salınıb, XVI əsrin əvvəllərində Səfəvi hökmdarı Şah İsmayıl Xətainin vəzirlərindən biri şəhəri qala divarları ilə əhatə edib.

O.Kızılkaya daha sonra ermənilərin mifoloji “Ermənistan” yaratmaq məqsədlərinə çatmaq üçün azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, törədilən vəhşilik və təzyiqlərdən danışıb.

Türkiyəli ekspert sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya mərhələlərini də xatırladıb. “Hesablamalara görə, yüz minlərlə azərbaycanlı həmin ərazilərdə deportasiya qurbanı olub. Azərbaycanlıların qayıdışı mədəniyyətlərarası mübadilə üçün təkan olacaq, xalqlar arasında əlaqələrin qurulmasına töhfə verəcək, Ermənistanın özündə sakinlərin rifahını yaxşılaşdıracaq, onun inkişafına təkan verəcək. Yəni, bu prosesdən Ermənistanın bütün sakinləri, o cümlədən ermənilər faydalanacaq”, -deyən professor qeyd edib ki, Qərbi Azərbaycanı tərk etmiş azərbaycanlıların varislərinin bir hissəsi bu gün Anadoluda yaşayır.

Qafqaz Universitetinin professoru vurğulayıb ki, Qərbi azərbaycanlılar əcdadlarının torpaqlarına qayıtmaq, o cümlədən əmlak hüquqlarını təmin etmək üzrə tam hüquqa malikdirlər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri