Icma.az
close
up
RU
Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan, Türkiyə və Pakistan arasındakı qardaşlıq və strateji əməkdaşlıq tarix boyunca mövcud olmuş xüsusi bir əlaqədir. Ortaq inanc və dəyərlər üzərində qurulan bu münasibətlər Qarabağ Zəfərindən sonra daha da möhkəmlənib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İstanbul Altınbaş Universitetinin müəllimi və Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eray Güçlüer söyləyib.

O bildirib ki, Qarabağ Zəfəri ilə bölgədə yeni bir geosiyasi vəziyyət formalaşıb və bu, eyni zamanda, daha geniş qlobal riskləri də gətirib. Buna görə də Azərbaycan, Türkiyə və Pakistan arasında təhlükəsizlik sahəsində, xüsusilə qlobal risklərə qarşı daha güclü əməkdaşlıq qurmaq ehtiyacı yaranıb.

“Tarixi dostluq və qardaşlıq bağları, qlobal sistemin gətirdiyi qeyri-müəyyənliklər və yeni risklər daha möhkəm əməkdaşlıq üçün təməl rolunu oynayır. Qarabağ Zəfərindən sonra üç ölkə arasındakı siyasi, iqtisadi və hərbi əməkdaşlıq daha da inkişaf edib.

Bu əməkdaşlıq, həm regionda, həm də qlobal səviyyədə bu üç ölkənin gələcəyə daha güvənli baxmasını təmin edir, təhlükəsizliklərini möhkəmləndirir və Avrasiya geosiyasətində onların rolunu daha da önəmli edir. Azərbaycan, Türkiyə və Pakistan Avrasiya geosiyasətinin strateji sütunları kimi bu əməkdaşlıq sayəsində həm regional sabitliyi, həm də qlobal təsir gücünü artırırlar",- deyə E. Güçlüer vurğulayıb.

Ekspertin sözlərinə görə, Qarabağ Zəfəri ilə Azərbaycan yalnız öz ərazilərini azad etməyib, eyni zamanda, bölgədəki gücləri, xüsusilə Ermənistan və Rusiya kimi dövlətləri müəyyən bir balansda saxlayıb və Ermənistanın davranışlarını daha ölçülü və uyğun hala gətirməyə nail olub.

Bu kontekstdə Azərbaycanın artan gücü və milli potensialı Pakistan da daxil olmaqla, region ölkələrinin Azərbaycana olan marağını artırıb. Bu qələbə ilə birlikdə Azərbaycan, Türkiyə və Pakistan kontekstində geosiyasi oyunda təsirli və əvəzedilməz bir aktor kimi öz yerini möhkəmləndirib.

"Milli gücün mühüm tərkib hissəsi olan hərbi qüdrət baxımından Azərbaycan hər keçən gün daha da güclənir.

Gələcəkdə də Azərbaycan bölgədə daha təsirli bir güc mərkəzi olaraq öz mövqeyini qoruyacaq.

"Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş Hərbi parada qatılan ölkələrin müdafiə nazirlərinin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu və strateji mövqeyini vurğulayır, həmçinin Türkiyə və Pakistanla birgə Azərbaycanın Avrasiya geosiyasətində artıq əvəzedilməz və mühüm bir oyunçu olduğunu göstərir.

Paradda nitq söyləyən Prezident İlham Əliyevin çıxışında əsas mesajlardan biri Qarabağın azad edilməsinin Azərbaycanın haqq işinin və strateji səbrinin nəticəsi olmasıdır.

Azərbaycanın öz torpaqlarını azad etməsi yalnız ölkə üçün deyil, bölgədə sülh, stabillik və təhlükəsizliyin təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev çıxışında qazandığımız şanlı Zəfərin regional barışı möhkəmləndirən bir element olduğunu xüsusi qeyd edib.

Bu kontekstdə nitq həm Azərbaycanın haqq işini və milli qələbəsini, həm də bölgədə dayanıqlı stabillik üçün strateji önəmini ön plana çıxarıb. Qarabağ Zəfəri bölgədəki aktorlar üçün məsuliyyətli və ölçülü siyasətlərin aparılmasının vacibliyini də vurğulayır və Azərbaycanı regional lider kimi möhkəmləndirir",- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri