Icma.az
close
up
RU
Türkiyəli ekspertlərdən SENSASİYA: İmamoğlunun həbsinin ƏSL SƏBƏBİ BUDUR: Ərdoğan NƏDƏN QORXUB? KONKRET

Türkiyəli ekspertlərdən SENSASİYA: İmamoğlunun həbsinin ƏSL SƏBƏBİ BUDUR: Ərdoğan NƏDƏN QORXUB? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsi Türkiyə gündəmini əməlli-başlı silkələyib. İndi bütün gözlər İmamoğlunun aqibətinin necə olacağına, bu addımın atılması fonunda Türkiyədə nələrin baş verəcəyinə yönəlib. Bəs görəsən, İmamoğlunun indiki məqamda həbsinin əsl səbəbləri nədir? Qardaş ölkədə proseslər necə cərəyan edəcək

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Türkiyədə çox ciddi və maraqlı proseslərin baş verdiyini deyib:

“Türkiyədə prezident seçkiləri hələ başlamasa da, CHP partiyasından İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu indidən seçim proqramına start verib. Bu da Türkiyədə bəzi dairələrin narahatlığına səbəb olub. Eyni zamanda İmamoğlunun çıxışından sonra bütün diqqətlər onun üzərinə yönəlib. Çünki hazırda Prezident olan Rəcəb Tayyib Ərdoğan da vaxtilə İstanbul Bələdiyyə sədri olub. O zamanlar özünü siyasi sferada göstərərək diqqəti üzərinə çəkməyi bacarıb. Hətta Ərdoğanın siyasi yüksəlişinin qarşısını almaq üçün oxuduğu bir şeir səbəbindən həbs cəzası da verdilər. Ərdoğan o zamanlar 3 ay həbsdə yatdı və bu vəziyyəti öz xeyrinə dəyişmək üçün öncə öz partiyasına qarşı çıxdı, daha sonra isə yeni bir partiya qurdu. Öncə baş nazir, sonra isə prezidentlik postuna qədər yüksəldi. Əkrəm İmamoğlunun də eyni bu şəkildə iqtidara gəlmək şansının olduğu nəzərə alınıb və onu rəqib kimi görməyə başlayıblar. Bu səbəbdən də Əkrəm İmamoğlu həbs edildi. Onun haqqında araşdırmalar başlanılıb və iqtidara gəlmək üçün İstanbul Bələdiyyəsindən əldə olunan vəsaitləri bu yöndə xərclədiyi haqda şübhələr meydana çıxıb. Ona görə də, İmamoğlu saxlanılıb və onun haqqında həbs qərarı çıxarılıb. Bu, hüquqi bir prosesdir və nəticəsini gözləmək lazımdır. CHP-nin bununla bağlı etirazlarının qarşısını almaq üçün hökumət tərəfindən müvafiq qərarlar qəbul edilib. Prosesin sonunun necə olacağını yalnız gözləyib görəcəyik”.

Mövzu ilə bağlı saytımıza açıqlama verən tanınmış türkiyəli jurnalist Adnan Fişenk bildirib ki, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) önəmli simalarından biridir. Son dövrlərdə, onun və bələdiyyə idarəsinin fəaliyyəti ilə bağlı əhəmiyyətli inkişaf baş verməkdədir:

“Bu proses İmamoğlunun CHP-nin potensial prezident namizədi olaraq göstəriləcəyi bir dövrdə baş verib. Həbs qərarı və İmamoğlunun diplomunun ləğv edilməsi müxalifət tərəfindən siyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilir və demokratiyaya müdaxilə olaraq şərh edilir. İmamoğlunun tərəfdarları isə bu prosesləri hüququn siyasiləşməsinin bir göstəricisi kimi təqdim edirlər. Nəticə etibarilə, Əkrəm İmamoğlu və İBB idarəsi ilə bağlı baş verən bu proseslərTürkiyənin siyasi arenasında əhəmiyyətli müzakirələrə səbəb olub. İstintaqın və hüquqi proseslərin necə inkişaf edəcəyi, ölkənin gələcək siyasi tarazlığı üzərində müəyyən olunacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Mart 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri