Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin Çinə səfəri XXI əsrin geosiyasi xəritəsində yeni bir səhifə açdı Ekspert rəyi

Azərbaycan Prezidentinin Çinə səfəri XXI əsrin geosiyasi xəritəsində yeni bir səhifə açdı Ekspert rəyi

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatlı görüşdə iştirakı tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu səfər yalnız ikitərəfli münasibətlərin deyil, həm də beynəlxalq hüququn müasir transformasiya proseslərinin fonunda Azərbaycan-Çin strateji tərəfdaşlığının dərinləşməsini nümayiş etdirdi. Prezident İlham Əliyevin tədbirdəki çıxışı beynəlxalq hüququn yeni anlayışları ilə zəngin, dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, çoxtərəfli diplomatiya və kollektiv təhlükəsizlik kimi prinsipləri əsas götürən bir vizion təqdim etdi. O, Çinin təşəbbüsü ilə irəli sürülmüş Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, Qlobal Sivilizasiya və Qlobal İdarəetmə təşəbbüslərinə Azərbaycanın dəstəyini bəyan etməklə, beynəlxalq münasibətlərdə yeni “kooperativ multilateralizm” modelinin vacibliyini önə çəkdi. Bu yanaşma, klassik güc balansı nəzəriyyəsindən fərqli olaraq, dövlətlərarası münasibətlərdə qarşılıqlı asılılıq, inklüziv əməkdaşlıq və transregional inteqrasiya konseptlərini ön plana çıxarır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

O bildirib ki, Azərbaycan-Çin münasibətləri artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyev çıxışında da qeyd etdi ki, “Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı”. Dövlətimizin başçısının qeyd etdiyi kimi imzalanmış Birgə Bəyanat bu münasibətləri beynəlxalq hüquqda “jus cogens” xarakterli prinsiplərə uyğunlaşdıraraq, dövlətlərarası əlaqələrin dayanıqlılığını təmin edir. Bu sənəd yalnız diplomatik akt deyil, həm də beynəlxalq hüquqi arxitekturanın yeni formatı kimi çıxış edir.

Ekspert hesab edir ki, Çinin xüsusi önəm verməsi və Azərbaycanı diqqət mərkəzində saxlaması təsadüfi deyil. Azərbaycanın Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, regionda yaratdığı yeni geosiyasi reallıqlar və müharibədən sonrakı dövrdə formalaşdırdığı hüquqi-siyasi mühit Pekinin Cənubi Qafqaza marağını daha da artırıb. Çin Azərbaycanı yalnız enerji resurslarının ixracatçısı kimi deyil, həm də Avrasiyanın əsas tranzit və logistik qovşağı kimi qəbul edir.

“Bir kəmər, bir yol” təşəbbüsünün mühüm seqmenti olan Orta Dəhliz məhz Azərbaycanın təşəbbüsləri nəticəsində Çindən Avropaya gedən malların daşınmasında strateji rol oynamaqdadır. Prezident İlham Əliyev çıxışında Orta Dəhliz üzrə yükdaşımaların son iki ildə 90 faiz artdığını qeyd edərək, Azərbaycanın logistik infrastrukturunu daha da təkmilləşdirmək niyyətini açıqladı. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının buraxılış qabiliyyətinin 25 milyon tona çatdırılması və Zəngəzur dəhlizinin perspektivdə həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevrilməsi barədə bəyanatlar Azərbaycanın qlobal nəqliyyat hüququ müstəvisində “regional hub” statusunu möhkəmləndirir. Bütün bu reallıqlar Azərbaycanı beynəlxalq ticarət hüququ və dəniz hüququ konvensiyalarında nəzərdə tutulan “əsas tranzit dövlət” statusuna yaxınlaşdırır. Bu, Azərbaycanın qlobal iqtisadi sistemdə “rule-making state” - yəni, qaydaların tətbiqçisi deyil, onların formalaşmasında iştirak edən dövlət kimi çıxış etməsinə şərait yaradır. Çinin Azərbaycana yönəltdiyi investisiyalar və texnologiya transferi perspektivləri, rəqəmsal iqtisadiyyat, süni intellekt, yaşıl enerji və təhsil sahəsində əməkdaşlıq isə dövlətlərarası münasibətlərin yalnız iqtisadi deyil, həm də sivilizasion ölçülərini gücləndirir. Vizasız rejimin tətbiqi iki xalq arasında humanitar diplomatiyanı daha da möhkəmləndirir, “xalqdan xalqa diplomatiya” prinsipini reallığa çevirir”, - deyə K.Qənbərov vurğulayıb.

Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan beynəlxalq hüququn müasir çağırışlarına cavab verən, çoxtərəfli əməkdaşlıqda normativ baza yaradan, regional təhlükəsizlik və inkişaf mexanizmlərinin təşəbbüskarı kimi çıxış edir. Bu baxımdan dövlətimizin başçısının Tiencindəki çıxışı yalnız diplomatik jest deyil, həm də yeni dünya düzənində Azərbaycanın yerini və rolunu müəyyənləşdirən strateji konsepsiya idi. Nəticə etibarilə Prezident İlham Əliyevin Çin səfəri Azərbaycan-Çin münasibətlərini daha yüksək müstəviyə qaldırmaqla, beynəlxalq hüququn yeni paradiqmalarına uyğun olaraq dövlətlərarası münasibətlərdə “inteqrativ suverenlik” modelini təcəssüm etdirir. Bu model həm regional, həm də qlobal müstəvidə sülh, sabitlik və inkişafın təmin olunması üçün mühüm mexanizmə çevrilir. Azərbaycanın qlobal nəqliyyat arteriyalarının kəsişməsində yerləşməsi və Çinin ona verdiyi strateji önəm, Prezident İlham Əliyevin uzaqgörən liderliyinin nəticəsi olaraq, ölkəmizi yalnız regional güc deyil, həm də beynəlxalq sistemin mühüm dayaqlarından birinə çevirib. Bu tarixi səfər Azərbaycan-Çin münasibətlərini sarsılmaz strateji ittifaq kimi təsdiqlədi və XXI əsrin geosiyasi xəritəsində yeni bir səhifə açdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri