Türkiyəli millət vəkili: Yaşadığı ərazilərdən köçkün düşmüş azərbaycanlıların hüquqları bərpa edilməlidir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Uzun illər boyu etinasız yanaşmanın qurbanı olmuş mövzunu müzakirə edirik”.
APA xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi II beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zəfər Sırakaya deyib.
O, 30 il ərzində Qarabağın işğalı zamanı yaranan böyük fəsadlardan söhbət açıb: “Təcavüzün digər qurbanı Azərbaycanın zəngin mədəni irsidir. Beynəlxalq təşkilatlar bu məsələyə laqeyd yanaşır.
Amma gec-tez ədalət bərpa olunacaq. Biz bu məsələdə də Azərbaycanın yanındayıq”.
Z.Sırakaya Qərbi Azərbaycana qayıdış hüququnun zəruriliyi barədə fikirlərini bölüşərkən qeyd edib ki, qayıdış hüququ beynəlxalq hüquqda tam qəbul edilmiş müddəadır: “Yaşadığı ərazilərdən köçkün düşmüş azərbaycanlıların hüquqları bərpa edilməlidir. Adidiyyəti olan tərəflərin iştirakı ilə müfəssəl yanaşma təklif edilməlidir. Biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyət Qafqazda sülhü bərqərar etməyə əsaslanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















